Avto-Elektrik
ƏMƏK FUNKSİYASI:
 Yük avtomobillərinin elektrik nasazlıqlarının aradan qaldırılmasında iştirak edir;
 Təmir üçün zəruri olan yeni alət və ehtiyyat hissələrinin alınması üzrə təkliflərin verilməsində iştirak edir;
 Avto diaqnostika vasitələri ilə avtomobillərin diaqnostikasını təmin edir;
 Alınan nəticələri düzgün şəkildə analiz edir;
 Diaqnostika nəticələrinə uyğun olaraq avtomobildəki nöqsanların səbəblərini müəyyən edir və onların aradan qaldırılması üçün tədbirlər görür;
 Təmir işləri zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin edir.
Namizədə tələblər:
 Orta texniki təhsil;
 İş təcrübəsi-müvafiq sahədə 3 ildən az olmayaraq.
Namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (Avto-elektrik) qeyd olunmalıdır.