Baş Direktor (İsmayıllı rayonu)

  • Asset Action MMC
  • Elanın qoyulma tarixi: 07.08.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətin adı: ASSET ACTION MMC

Vəzifənin adı: Baş Direktor

Yerləşdiyi yer:  İsmayıllı rayonu

Synergy Group haqqında:

2010-cu ildə təsis edilmiş “Synergy Group” MMC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir. “Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişaf yönümlü şirkətlərdən ibarət dinamik portfeli uğurla idarə edir. Qrupa daxil olan şirkətlərdə 1200-dən artıq iş yeri ilə birbaşa təmin edilir və ümumilikdə bizim müəssələrimizin bazarda iştirakı ilə əlavə minlərlə iş yerinin yaranmasına təkan veririk. “Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

“Synergy Group” MMC-nin investisiya strategiyası yatırımların yüksək rentabelliyini təmin etməklə uzunmüddətli inkişafın əldə olunmasına əsaslanır.

"Synergy Group" MMC-nin dəstək verdiyi ASSET ACTION MMC uğurlu karyera qurmaq məqsədi olan və geniş imkanlara malik Professional Komandanın bir üzvünə çevrilmək üçün təcrübəli mütəxəssislər axtarır. ASSET ACTION MMC

Azərbaycanda analoqu olmayan və İsmayıllı rayonunda inşa ediləcək ilk velosiped zavodudur.

Vəzifə öhdəlikləri:

•  Müəssisənin cari fəaliyyətinə  rəhbərlik edir və onun operativ idarə olunmasını həyata keçirir
• Müəssisənin siyasət və planını müəyyənləşdirir və formalaşdırır
• İstehsalat vahidləri, sex və başqa struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil edir. İstehsalın yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətlərini istiqamətləndirir
• Müəssisənin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, işçilərin arasında iş funksiyalarının və məsuliyyətin bölüşdürülməsini təmin edir
• Bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətdə müəssisəni təmsil edir
• Təsdiq edilmiş illik büdcəsinə  (xərc smetasına) və mülki – hüquqi əqdlərə  uyğun olaraq müəssisəyə ayrılan vəsaitin istifadəsinə sərəncam verir. İstehsal büdcəsinin hazırlanması və icra edilməsini təmin edir
• İstehsal edilmiş məhsulun satışının təşkili,  və tərəfdaşlarla uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulmasını təmin edir
• Biznes imkanlarının genişləndirilməsi məqsədilə xarici bazarların araşdırılmasını və yeni tərəfdaşların cəlb edilməsini təmin edir
• Təchizat münasibətlərinin təkminləşdirilməsi və effektivliyinin artırılmasını təşkil edir.

Tələblər:

• Ali iqtisadi təhsil
•  İstehsalat sahəsində 5 ildən artıq idarəçilik təcrübəsi
• Xərclərin idarəedilməsi və büdcənin formalaşdırılması sahələrində geniş təcrübə
• Qabaqcıl texnologilayarın tətbiqində və inkişafında böyük təcrübə
• Təhlükəsuzlik sisteminin və qaydalərının tətbiqində təcrübə
• Güclü liderlik qabiliyyəti, komanda qurmaq və işçiləri təlimləndirmək bacarığı
• İstehsal əməliyyatları, texniki xidmət və mühəndislik prinsiplərinin anlayışı
• Güclü analitik və qərar vermək qabiliyyəti
• Yüksək motivasiyalı və məqsədyönlü.

Bu vəzifə ilə əlaqədar müraciət edərkən, zəhmət olmasa, şəxsi məlumat xülasəsini  (CV)  [email protected] elektron ünvanına göndərin.

Müraciət etdiyiniz vəzifənin adını (Baş Direktor) müraciət məktubunun mövzu bölməsində qeyd edin. Yalnız seçilmiş namizədlərlə (CV-ləri bütün tələblərə cavab verən) əlaqə saxlanılacaq.  

Asset Action MMC tərəfindən digər vakansiyalar