Elektrikçi (Kürdəmir rayonu)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 23.07.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

AZƏRSUN HOLDİNQ 

Vakansiyanın adı: Elektrikçi (Kürdəmir rayonu)

İş haqqında məlumat:

1. Elektrik enerjisi təminatının planlaşdırılması və müvafiq hazırlıq işlərinin görülməsi.
2. Planlaşdırılmış miqdarda enerji təchizatının təmin olunması.
3. Əl alətlərindən, maşınlarlardan və ölçü cihazlarından istifadə etməklə elektrik enerjisi istehsalı cihazlarını və ötürücü avadanlıqları quraşdırmağı, onların normal fəaliyyətinə nəzarət etməyi və müəyyən nazaslıq halında təmir etməyi, sahədə işləyən nasosların istismar və təmiri olunması.
4. Yüksək gərginlikli elektrik xətləri və transformatorlarda yaranan nasazlıqları aradan qaldırmaq.
5. Elektron idarəetmə sxemli qaynaq avadanlığına, həmçinin yüksək tezlikli lampa generatorlarına xidmət göstərmək.

Namizədə aid tələblər:

• Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi olmalıdır;
• Yaş həddi 25-45 olmalıdır;
• 4-cü dərəcəli təmirçi – elektrik bilməlidir: mürəkkəb maşın, aparat və cihazların tərkibini, vəzifəsini, detal və bəndlərin mürəkkəb elektrik quraşdırma sxemlərini, bu hissələrin sınağı üçün texniki şərtləri bilməlidir.
• Müxtəlif elektrik maşınları,nasosları,aparatlar, ölçü, avtomatik tənzimləmə və telemexanika cihazlarının qurulmasını və elektrik sxemlərini bilməlidir.

İş şərtləri

Digər bölgələrdən müraciət edən namizədlər şirkətin yataqxanasında mənzil veriləcəkdir. Gündə 3 dəfə qidalanma şirkət tərəfindən təmin ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Elektrikçi”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

İşəgötürənin reytinqi