Nəqliyyat vasitələrinin təmiri məntəqəsinin nəzarətçisi

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 23.07.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Nəqliyyat vasitələrinin təmiri məntəqəsinin nəzarətçisi

NORM MMC Sement Zavodunun inşasını artıq bitirmişdir. Zavod Bakının iqtisadi cəhətdən strateji əhəmiyyətli  zonalarından olan Qaradağ ərazisində yerləşir.
Zavodun istehsal həcminin gündə 5000 ton klinker və ildə 2,000,000 ton sement olması ona Şimali Qafqaz və Xəzər Regionunda əhəmiyyətli yer tutmasına şərait yaradır.

Vəzifə və Öhdəliklər:

• Avtomobil, golf maşını, yük qaldırcı maşın və yük maşınlarında bütün təmir işlərinə nəzarət edir. Təmir olunan  detalın quruluşunu, iş prinsiplərini, onlarda yaranmış problemlərin aradan qaldırılması prinsiplərini bilməli və təmir işi gedən zaman lazımi tapşırıqlar verməlidir.
• Lazımi olduqda təmir məntəqəsinin bütün ustalarına müayinə və təmir zamanı lazımi məsləhət verməli
• Müayinə və ya təmir zamanı ayrılmalı (sökülməli) olan detalların xüsusiyyətini bilməlidir
• Müayinə və ya təmir üçün tələb olunan alət növlərinin iş prinsipini bilməlidir
• Qaldırıcı qurğuların iş prinsipini bilməlidir
• İstifadə olunan alətlərin, qaldırıcı qurğuların və müayinə aparatlarının işlək vəziyyətdə olmasına nəzarət etməlidir
• Nəqliyyat vasitələrində aparılan təmir işləri bitdikdən sonra həmin nəqliyyat vasitəsini idarə edərək yoxlamalı və baş vermiş və ya aşkarlanmış problem və nöqsanları aradan qaldırdıqdan sonra nəqliyyat vasitəsini sahibinə təhvil verməlidir
• Təmir məntəqəsində lazımi alətlərin və ehtiyat hissələrinin mövcudluğuna nəzarət etməlidir
• Müayinə və ya təmir zamanı avtonəqliyyat vasitəsinin cızılmaması, hər hansı zədə almaması və ya çirklənməməsinə ciddi nəzarət etməlidir
• Təmir məntəqəsinin daxililndə təşkil olunmuş kiçik anbara daxil olan və gündəlik istifadə olunan mala materialların qeydiyatını aparmalı və birbaşa rəhbərinə gündəlik hesabat verməlidir
• Təmir məntəqəsinin təmiz saxlanmasına və məntəqənin sıradan çıxmış bütün sahələrini vaxtında təmir etməlidir
• Üzərinə düşən işləri vaxtında, vicdanla və məsuliyyətlə yerinə yetirməlidir
• İstənilən şikayət və anlaşılmazlıq zamanı təmkinli və nəzakətli olmalıdır
• İş şəraitindən asılı olaraq müstəqil qərar qəbul etməyi bacarmalıdır
• Heyətdə işləməyi bacarmalıdır
• İş yerində təhlükəsiz iş şəraitlərinə riayət etməlidir
• Daxili intizamı qaydalarına riayət etməlidir
• Bir başa rəhbərinin  digər şifahi və yazılı xidməti tapşırıqlarını yerinə yetirməlidir

Tələblər

• Orta texniki təhsil
• Tələb olunan sahə üzrə min 1 il iş təcrübəsi

Tələb olunan kompetensiyalar

• Müştəriyönümlülük
• Davamlı inkişaf
• Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
• Keyfiyyət yönümlülük

Son Müraciət Tarixi:  30.07.2016

Müraciətlər Ünvanlanmalıdır: Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərməlidirlər.

İşəgötürənin reytinqi