Hüquqşünas (Şəmkir)

İşin təsviri

Vəzifə: Hüquqşünas

Yerləşdiyi yer : Şəmkir şəhəri

Synergy Group haqqında:

2010-cu ildə təsis edilmiş “Synergy Group” MMC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir. “Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişaf yönümlü şirkətlərdən ibarət dinamik portfeli uğurla idarə edir. Qrupa daxil olan şirkətlərdə 1200-dən artıq iş yeri ilə birbaşa təmin edilir və ümumilikdə bizim müəssələrimizin bazarda iştirakı ilə əlavə minlərlə iş yerinin yaranmasına təkan veririk. “Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

“Synergy Group” MMC-nin investisiya strategiyası yatırımların yüksək rentabelliyini təmin etməklə uzunmüddətli inkişafın əldə olunmasına əsaslanır.

"Synergy Group" MMC-nin törəmə şirkəti olan Shamkir Excelsior Hotel uğurlu karyera qurmaq məqsədi olan və geniş imkanlara malik Professional Komandanın bir üzvünə çevrilmək üçün təcrübəli mütəxəssislər axtarır.

Əmək funksiyaları:

• Cəmiyyətdə normativ aktların müddəalarının düzgün tətbiq edilməsini təmin etmək;
• Cəmiyyət ilə bağlı bütün sənədlərin (qərarlar, əmrlər, sərəncamlar, əsasnamələr, prosedurlar və s.) icra edilməsindən  qabaq onların qanunvericiliyə uyğunluğunu yoxlamaq və lazım gəldikdə razılığını bildirmək (sənədlərin müvafiq yerində imza etməklə);
• Cəmiyyətdə hüquq pozuntusunun olması faktı aşkar edildikdə, onun aradan qaldırılması məqsədilə rəhbərliklə birgə hüquqi tədbirlərin görülməsini təmin etmək;  
• Mülki hüquqi xarakterli müqavilələri hazırlamaq, müqaviləni qarşı tərəf təqdim etdikdə onun qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunu yoxlamaq, lazım gəldikdə razılığını bildirmək (müqavilənin müvafiq yerində imza edilməklə);
• Cəmiyyətin fəaliyyəti ilə bağlı Hüquqi şəxs(lər)in dövlət qeydiyyatına alınması, yenidən təşkili və ləğvi üçün  tələb olunan sənədlər paketini hazırlamaq və icra etmək; 
• Hüquqi şəxsin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlər paketini hazırlamaq və icra etmək;
• Cəmiyyətdə kadr-uçot sənədlərinin qanunvericiliyin tələblərinə uyğun qaydada hazırlanmasına və hərəkətinə nəzarət etmək, bu sahədə hüquqi məsləhətlər və əlverişli təkliflər vermək;
• Cəmiyyətin qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə mübahisələrin məhkəmədənqabaq həlli (pretenziya qaydasında) ilə bağlı tələb olunan sənədləri hazırlayır, qarşı tərəfə göndərilməsini təmin edir, bu məsələ ilə bağlı arzu olunan nəticələrin əldə edilməsi üçün digər hüquqi vasitələrdən istifadə etmək;
• Cəmiyyətin maraqlarını lazımınca müdafiə etmək məqsədilə, etibarnaməli nümayəndə qismində məhkəmədə bütün zəruri prosessual imkanlardan istifadə etmək;
• Məhkəmənin qərarlarından yuxarı instansiya məhkəmələrə şikayətlər vermək;
• Cəmiyyətə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məqsədilə hüquqi vasitələrdən istifadə etməklə tədbirlər görmək;
• Tələb olunan hüquqi sənədləri lazım olan vaxtlarda dövlət və bələdiyyə orqanlarına təqdim etmək, oradan götürmək, bununla bağlı imza etmək, lazım gəldikdə tələb olunan dövlət rüsumunu ödəmək;
• Cəmiyyətin fəaliyyəti ilə bağlı hüquqi məsləhətlər, rəylər və arayışlar vermək.

Tələb olunan xüsusiyyətlər

• Hüquq sahəsində ali təhsili;
• Hüquq sahəsində 2- 3 il iş təcrübəsi;
• AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
•  Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı ;
• Dəyişən şəraitə adaptasiya qabiliyyəti;
• Azərbaycan  dilində əla səviyyədə şifahi və yazılı nitq qabiliyyəti;
• Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, İnternet və s.).

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Shamkir Excelsior Hotel tərəfindən digər vakansiyalar