Asfalt Zavodun Sahə Rəisi (Biləsuvar)

  • Aztikintiyol
  • Elanın qoyulma tarixi: 06.07.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AZTİKİNTİYOL” Məhdud Məsuliyyətli Cəmiyyəti

Asfalt Zavodun Sahə Rəisi (Biləsuvar, Azərbaycan)

ƏMƏK FUNKSİYASI

 Sahə rəisi istehsalat tapşırıqlarının (iş və xidmətlərin) yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin edir;
  Avadanlığın arası kəsilmədən tam gücü ilə işləməsinə, istehsalın vaxtlı-vaxtında material və enerji ehtiyatları ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vasitələrin düzgün texniki istismarına, xammal, yanacaq və materialların qənaətlə istifadəsinə operativ nəzarəti həyata keçirir;
  İstehsalın gedişində qarşıya çıxan xətaları aradan qaldırır;
  Məhsulun iş yerlərində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunu aparır;
 İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət edir.
 Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək

BİLMƏLİDİR

 Müəssisənin və zavodun texniki inkişaf perspektivlərini;
 Avadanlıqların və onların texniki istismar qaydalarını;
 Texniki-iqtisadi və cari istehsal planlaşdırmasının qayda və metodlarını;
 Müvafiq məhsul istehsalında ölkə və xarici təcrübəni;
 İstehal zavodunun istehsal etdiyi məhsulun xarakteristikalarını;
 Zavodda istehsal edilən məhsulun tərkibini, saxlanma və daşınma şərtlərini;
 İstehsalın operativ idarə eilməsi ilə bağlı normativ və metodiki materialları;

İXTİSAS TƏLƏBLƏRİ

 Təhsili - ali / orta texniki
 İş təcrübəsi-müvafiq sahədə 3 ildən az olmayaraq
 Xarici dil - İngilis dili bilənlərə üstünlük verilir

Namizədlər öz CV– lərini  [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (Asfalt Zavodun Sahə Rəisi) qeyd olunmalıdır.