Baş Mühasib

  • Medeks Hospital
  • Elanın qoyulma tarixi: 26.06.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Baş Mühasib
 
Vəzifə öhdəlikləri:
 
- Mövcud olan qanunvericiliyə, müəssisənin daxili prosedurlarına uyğun maliyyə nəticələrinin uçotunun təşkil edilməsi ;
- Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi ;
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi ;
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
- İşçilərin ayliq əmək haqlarinin hesablanmasi (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analiq məzuniyyəti üzrə müavinət, və s.) ;
- Kassa mədaxil və məxaric orderlərinin tərtibi, kassa kitabinin yazilmasi ;
- Dövlət hesablarinin təqdim edilməsi (vergi, dsmf, statistika);
- İllik hesabatların hazırlaması və aidiyyəti orqanlara təqdim edilməsi;
- Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderləri, qaimə- fakturaların və s.) düzgün yazılması, həmçinin onların uçotunun aparılması;
- Daxili və kənar auditorlarla işin təşkili.
 
Tələblər:
 
- Qanunlar və normativ hüquqi sənədləri, sahibkarlıq və kommersiya fəaliyyətini tənzimləyən eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi və subyektlərin hüquqi bazası, məs.
- Mülki, malliyyə, vergi və təsərrüfat qanunvericiliyin bilməli;.
-Maliyyə hesabatlarının tərtib edilmə qaydalarını müəyyən edən sənədlərlə işləməyi bilməli;
- Mühasibat uçotunun müəssisədə təşkili haqqında əsasnaməni, təlimatları və onun aparılma qaydalarını bilməli;
- Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
- Maliyyə hesablaşmalarının forma və qaydalarını bilməli;
- Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını;
- Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını;
- Kreditor və debitorlarla hesablaşma qaydalarını;
- Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtlərini, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından qanuni silinmə qaydalarını ;
 
- Yaş həddi 30-40
- Baş mühasib sahəsində ən azı 5 il iş təcrübəsi
- Azərbaycan, Rus dili bilikləri
- Ofis proqramlarını sərbəst səviyyədə bilməli

E-mail: [email protected]