Tərcüməçi

İşin təsviri

Vision Tərcümə Mərkəzi” ştatdankənar şifahi və yazılı tərcüməçilər ilə bağlı vakansiya elan edir.

Tərcüməçi

Əsas vəzifələr və öhdəliklər:

• İngilis,Rus,İtalyan,İspan,İvrit,Çin,Yapon,Yunan,Türk,Fransız,Ərəb,Fars,Azərbaycan və digər dillərdə keyfiyyətli tərcümələr etmək;
• Yüksək səviyyədə ardıcıl tərcümə etmək;
• Təcili sorğuların və son tarixlərin öhdəsindən gəlmək;
• Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqlarına malik olmaq;
• Düzgün və dəqiq çap etmə bacarıqlarına sahib olmaq;
• Menecer tərəfindən təqdim edilən sənədlərin düzgün tərcüməsini təmin etmək;
• Məlumatların məxfiliyini qorumaq məqsədilə etik qaydalara əməl etmək;

Redaktə

• Yazının ümumi keyfiyyətini yaxşılaşdırmaq məqsədilə sənədi yenidən nəzərdən keçirmək və dəyişmək;
• Zəruri hallarda cümlələri silmək və ya bütün paraqrafı yenidən yazmaq;
• Hər hansı aşkar səhvləri düzəltmək;
• Təcrübə və intuisiyadan istifadə etməklə tərcümənin mənalı olmasını təmin etmək və ikimənalı cümlələrə aydınlıq gətirmək;
• Sənədləri qeyd edilən səviyyələr üzrə redaktə etmək (Mövzu, ümumi struktur, paraqrafların strukturu, aydınlıq və stil) 

Korrektə

• Orfoqrafiyanı, durğu işarələri səhvlərini və düzgün dil seçimini yoxlamaq;
• Tərcümə edilmiş sənədin yekun yoxlamasını təmin etmək;
• Səhifəarası boşluqları düzəltmək və sənədi format etmək.

Tələb olunan ixtisas, təcrübə və bilik:

• Dilçilik, beynəlxalq əlaqələr, iqtisadiyyat, tibb, texniki və ya hüquq sahələri üzrə Bakalavr/Magistr dərəcəsi;
• Beynəlxalq təşkilatlarda yazılı/şifahi tərcümə sahəsində ən az bir il təcrübə;
• Müvafiq bacarıqlar və praktiki bilik;
• Peşəkar şifahi və yazılı tərcümə üzrə bilik və bacarıqlar;
• Ardıcıl tərcümənin fundamental üsulları haqqında bilik və bacarıqlar; 
 
Elektron məktubda müraciət etdiyiniz vakansiyanın adını və hansı xarici dil üçün müraciət etdiyinizi qeyd etməyinizi xahiş edirik.

Əks halda müraciət edən şəxsin namizədliyi nəzərə alınmayacaq.

E-mail: [email protected]