Kadrlar şöbəsinin Müdiri

  • Mətanət A
  • Elanın qoyulma tarixi: 25.05.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Kadrlar şöbəsinin Müdiri
 
Əsas öhdəliklər:

- Şirkəti zəruri kadr potensialı kadrlarının sənədlərini komplektləşdirir
- İşə qəbul zamanı işçilərdən əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş sənədləri toplamaqla onları ayrı-ayrı qovluqda saxlayır
- Şirkət üzrə verilən bütün əmr, sərəncam və göstərişlərin uçotunu hazırlayır, onların müvafiq kitablarda qeydiyyatını və uçotunu aparır
- Əmr, sərəncam və göstərişlərin layihələrinin hazırlanması zamanı qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edir
- Kadrların işə qəbulunu, başqa işə keçirilmələri və işdən azad edilmələrinin vaxtında və lazımı qaydada sənədləşdirilməsini təmin edir
- Kadrların əmək fəaliyyəti ilə bağlı tələb olunan arayış və digər sənədlərin verilməsini təmin edir
- Əmək kitabçalarının uçotunu aparır, onların vaxtlı-vaxtında və əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə doldurulmasını təmin edir
- Kadr sənədlərinin və əmək kitabçalarının qorunub saxlanılmasını təmin edir
- Kadr hesabatlarını tələb olunan səviyyədə hazırlayır və onları vaxtında müvafiq dövlət orqanlarına təqdim edir
- Elektron bildirişlərin vurulması

Tələblər

- Ali təhsil
- Yaş həddi: 28-40
- 3-5 il iş təcrübəsi
- Təmkinlilik, etibarlılıq
- Təşkilatçı, operativ, çalışqan, bacarıqlı
- Ofis proqramları və 1C 8.2 proqramında işləmə bacarığı olmalı

Xahiş edirik, maraq göstərən şəxslər  öz tərcümeyi-hallarını (CV)  "mövzu" yerinə "Kadrlar şöbəsinin müdiri" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.