Giltex 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan Gilan Tekstil Parkı müəssisəsinin ticarət nişanıdır. Gilan Tekstil Parkında yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Müəssisənin bazasında İplik fabriki, Toxuma fabriki, Boyama fabriki və Tikiş fabriki fəaliyyət göstərməkdədir. Hal-hazırda Gilan Tekstil Parkında müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmallar istehsal edilməkdədir. İstehsalda insan sağlamlığına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir. Bütün məhsullar Avropa standartlarına tam uyğundur.
VAKANSİYA İnternet mağazanın inzibatçısı
VƏZİFƏ ÖHDƏLİKLƏRİ
Onlayn mağazaya məzmunun yüklənilməsi, məhsulların təsvirin yazılması
Onlayn mağazanın sosial şəbəkələrdə tanıtılması
Müştərilərdən gələn sifarişlərin qəbul edilməsi və icrası
Online mağazanın fəaliyyəti ilə bağlı hesabatların hazırlanması
KATEQORİYA İnzibatçılıq
ŞƏHƏR Sumqayıt
NAMİZƏDƏ TƏLƏBLƏR
• Təhsil: Ali.
• Dil bilikləri: Azərbaycan və Rus– mükəmməl səviyyədə(danışma və yazma).İngilis dili-orta
• Təcrübə: Min 2 il.
• Onlayn satışlar təcrübəsi
• Sosial şəbəkələrdə auditoriya toplama təcrübəsi
• Yüksək kommunikasiya bacarığları
• Kompyuterin təcrübəli istifadəçisi
İŞ SAATI: 09:00 – 18:00
CV-lərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
QEYD: Email-in “subject” bölməsinə vakansiyanın adını yazmağınız xahiş olunur.