Satış nümayəndəsi (ehtiyat hissələrinin satışı üzrə)
İş barədə tələblər
- Satışın düzgün şəkildə həyata keçirilməsi və iş ilə əlaqədar maliyyə sənədləşməsinin aparılması
- Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması
- Məhsul seçimində müştərilərə yardım edilməsi, lazımi məsləhətlərin verilməsi
- Mövcud müştərilərlə əlaqələrin qorunub saxlanılması
- Yeni müştərilərin axtarışı, şirkət məhsullarının təqdim edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması
- Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi
- Təyin olunmuş satış hədəflərinin reallaşdırılması və satış həcminin artırılması
- Gündəlik görülən işlər barədə hesabatların təqdim olunması
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi
Namizəd barədə tələblər
Ümumi tələblər
- Ali təhsil (İqtisadi sahədə təhsili olanlara üstünlük veriləcək)
- Cinsi - Kişi
- Sürücülük vəsiqəsinin olması üstünlükdür
- Yaş həddi 22-35
Bilik və təcrübə
- Dil bilikləri: Azərbaycan dili, ingilis dili, rus dili əla səviyyədə və türk dili orta səviyyədə
- İş təcrübəsi: 1-3 il (ağır texniki avadanlıq və ya onun ehtiyyat hissələrinnin satışı sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
- Ms. Office proqramlarını yaxşı şəkildə bilmək
- Şəxsi geyim və xarici görünüşünün şirkətin imicinə xələl gətirəcək şəkildə olmaması və geyim kodeksinə uyğun olması
- Ehtiyyat hissələrinin satışına dair sənədlərin hazırlanması və alıcılarla müqavilələrin bağlanmasını bilmək
- Ehtiyyat hissələrinə dair texniki standartları və şərtləri bilmək
- Ehtiyyat hissələrinin topdan və pərakəndə satış qiymətləri barədə məlumatlı olmaq, materialların nomeklaturasını bilmək
- Ehtiyyat hissələri üzrə anbarda ehtiyyatın saxlanmasına nəzarəti həyata keçirə bilmək
- İşi ilə bağlı ezamiyyətlərdə getməkdə çətinliyi olmamalı
- Əmanət edilmiş maddi və texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq
Bacarıq
- Effektiv şifahi məlumat vermə və dinləmə
- Təfərrüatlara diqqət yetirmək və yüksək səviyyədə dəqiqlik
- Təzyiq altında işləmək
- Bəsit marketinq alətlərindən istifadə etmək
- Müştərilərlə iş üzrə xidmət üsullarını tətbiq etmək
- Düzgün yazılı və şifahi ünsiyyət qurmaq
- Vaxtı idarə etmək
- Səmimi, nəzakətli və səbirli yanaşma
- Müştəriyönümlü olma
İş şərtləri
- İş qrafiki - 6 günlük
- Əmək haqqı - 1000 - 1200 AZN + satışdan bonus.
- Nahar şirkət tərəfindən qarşılanır
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir
CV-ni bu ünvana göndərə bilərsiniz: [email protected], [email protected]
Əlaqə nömrəsi: +99412 499 79 97 mobile: +99450 274 81 00