Hüquqşünas

İşin təsviri

İşəgötürən: “Grand Motors” MMC

Vəzifə: Hüquqşünas

Əmək haqqı: 1000-1500 AZN

İşin təsviri:

- Şirkət fəaliyyətinin qanuna uyğunluğunu təmin etmək
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, rəylərin verilməsi
- Şirkət daxilində hüquqi təminat, ekspertiza və təhlil işlərinin aparılması
- Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
- Hüquqi şəxslərin, filialların qeydiyyat işlərinin, müvafiq dəyişikliklərin aparılması və qeydiyyata alınması
- Veksellərin, səhmlərin qeydiyyatı və bununla bağlı digər işlərin aparılması
- Offshore və FZE şirkətlərin qeydiyyatı və lisenziyaların alınması
- Rəhbərliyin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi

Tələblər:

- Ali hüquqi təhsil
- İş təcrübəsi: 3-5 il
- Konstitusiya, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası tərəf çıxdığı beynəlxalq müqavilələr üzrə biliklər
- Şirkətlər nizamnaməsi, inzibati xətalar məcəlləsi, cinayət məcəlləsi üzrə
- Əmək qanunvericiliyi və normativ-hüquqi aktlar üzrə biliyə və təcrübəyə malik olmaq
- Dil bilikləri: Azərbaycan dili(əla), İngilis dili(əla), Rus dili(orta)

İş qrafiki:

- Bazar ertəsi – Cümə:  8:30  - 17:30
- Şənbə : 10.00  – 16.00

Maraqlanan namizədlər mövzu yerində “Hüquqşünas” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.