Kredit mütəxəssisi

İşin təsviri

Bizim məqsədimiz öz sahəmiz üzrə Azərbaycan bazarında lider olmaq və xalqımıza keyfiyyətli və sərfəli xidmət göstərməkdir. Məqsədimiz pərakəndə ticarətin idarə edilməsində mütərəqqi ideyaların həyata keçirilməsinə, xidmət göstərmə keyfiyyətinin müasir sosial tendensiyalara uyğun olmasına, yeni alıcıların cəlb edilmısində fərqli yanaşma və daimi müştərilərin loyallığının artırılmasına əsaslanır.

Yüksək ixtisaslı mühəndislərin çalışdığı və texniki tərkibdə kadr potensialına və öz fəaliyyətindəki böyük təcrübəyə əsaslanaraq Optimal Elektronika MMC şirkəti Azərbaycanda bir çox yerli və xarici təşkilatlarla və müəssisələrlə əməkdaşlıq etməkdədir.

Vəzifə: Kredit mütəxəssisi

Departament / şöbə: Kredit departamenti

Əsas vəzifə və öhdəliklər

 Məişət texnikası və elektrik avadanlıqlarının kreditlə satışının təşkil olunması
 Müştərilərə kreditlə satış şərtləri haqqında ətraflı informasiya verilməsi və onların gəlirlərinin təhlil olunması
 Verilmiş kreditlər üzrə ödənişlərə nəzarət
 Karyera inkişafı imkanı
 Əmək Məcəlləsinə əsasən rəsmiləşmə
 İş vaxtı: həftədə 6 dəfə, saat 10:00–18:00
 Əmək haqqı: 250-350 AZN + bonus

Namizədə dair tələblər

 Ali və yaxud orta təhsil
 Microsoft Office proqramlarını bilməli
 Analitik qabiliyyət
 Məsuliyyət
 Direkt satışlar etmə və yeni müştəri cəlb etmə qabiliyyəti olan namizədlərə üstünlük verilir.
 Ünsiyyət qurma bacarığı
 Problemləri həll etmək bacarığı
 Yaş həddi 20-35
 İş təcrübəsi: 1-3 il (Banklarda və BOKT-larda istehlak kredit sahəsində iş təcrübəsi)

Müraciət üçün son tarix: 12/05/2016

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun subject qrafasında Kredit mütəxəssisi sözünü qeyd etməyi unutmayın, əks halda CV-lərə baxılmayacaq.

İşəgötürənin reytinqi