Hüquqşünas

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 16.03.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hüquqşünas

Hüquqşünas öz işində aşağıdakı normativ sənədləri rəhbər tutur:

Azərbaycan Respublikasının Konstitusiyası;
Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası tərəf çıxdığı beynəlxalq müqavilələr;
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları;
Azertexnolayn MMC-nin Nizamnaməsi və digər təsisedici sənədlər;
Əmək funksiyalarına və vəzifə borclarına aid olan Azərbaycan Respublikasının qanunvericiliyi və normativ-hüquqi aktlar;
 
Vəzifə funksiyaları:

Rəhbərliyin ümumi nəzarəti və rəhbərliyi altında, əməkdaşlar arasında aparılmış iş bölgüsünə müvafiq olaraq, Azertexnolayn MMC-nin daxilində hüquqi təminat, ekspertiza və təhlil işinin aparılması.
Rəhbərliyin tapşırığı əsasında Azertexnolayn MMC-nin hüquq və qanuni maraqlarını məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiə işinin aparılması
Azertexnolayn MMC-nin tabeliyində olan qurumlar, habelə təşkilatının sərəncamına verilmiş müəssisə, idarə və təşkilatlar tərəfindən hüquqi ekspertiza və normativ-hüquqi təminat işinin aparılması üzərində metodiki rəhbərliyin həyata keçirilməsi;
Azertexnolayn MMC-nin struktur bölmələri tərəfindən qanunvericiliyə riayət olunmasının, hüquqi ekspertiza və normativ-hüquqi təminat işinin aparılması vəziyyətinin təhlil edilməsi, bu sahədə qanun pozuntularının müəyyən edilməsi, müvafiq təkliflər və təqdimatlar hazırlayıb rəhbərliyə təqdim edilməsi.
Azertexnolayn MMC-nin daxilində hazırlanan əmr, təlimat, əsasnamələr, standartlar və digər normativ xarakterli sənədlərin layihələrinin ekspertizasının həyata keçirilməsi və zərurət olduqda rəhbərliyin tapşırığı əsasında bu layihələrin hazırlanmasında iştirak etməsi.
Azertexnolayn MMC-nin daxilində qanun pozuntusu ilə qəbul edilmiş normativ sənədlərin düzəliş olunması və ya ləğv edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinə dair təqdimatların verilməsi.
Azertexnolayn MMC-nin tərəf-müqabilləri ilə bağlanan müqavilələrin layihələrinin hazırlanması, təqdim edilən müqavilə layihələrinin ekspertizasını həyata keçiriməsi.
Cəmiyyətin fəaliyyəti zamanı rəhbərliyin tapşırığı əsasında müvafiq dövlət orqanlarından icazələr (lisenziyalar), arayışlar, şəhadətnamələr, sertifikatlar və digər sənədlər almaq,
Qeydiyyat işlərini həyata keçirmək,
Cəmiyyətin maraqlarını məhkəmələrdə və digər dövlət orqanlarında müdafiə etmək,
Protokol, məktub, etibarnamə, qərar, əmr, arayış, ərizə, akt və digər sənədləri müxtəlif dillərə tərcümə etmək və ya etdirmək,
Hüquqi problemlərin həlliylə bağlı ölkə daxili və xarici səfərlər etmək,
Cəmiyyətin digər hüquqi işlərini və yuxarıda göstərilənlərlə əlaqədar yardımçı işləri yerinə yetirmək.
Normativ sənədləri işləyib hazırlayır və ya hazırlanmasında iştirak edir.
Hüquqi işlərə metodiki rəhbərlik edir, struktur bölmələrə hüquqi yardım göstərir, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak edir.
Müəssisə, idarə və təşkilatların bölmələrinin iştirakı ilə istehsalatda olan sənədləri hazırlayır, icrası qurtarmış məhkəmə işlərinin hesabını və mühafizəsini aparır.
Təsərrüfat, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israf və mənimsənilmə ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak edir.
Arbitraj və məhkəmə işlərində iddiaların baxılmasının nəticələrini ümumiləşdirir və təhlil edir.
Təsərrüfat müqavilələrinin bağlanılması işində onlara hüquqi əsaslandırılmış rəy verir, kollektiv müqavilələrin şərtlərinin işlənib hazırlanmasında, eləcə də debitor və kreditor borcların məsələlərinin baxılmasında iştirak edir.
İddialara cavab hazırlamaq üçün arayışın, hesabatın, izahat və başqa materialların verilməsinə nəzarət edir. Başqa bölmələrlə birgə müəssisə, idarə və təşkilatlarda verilmiş əmr və digər normativ aktlara dəyişikliklər edir və qüvvəsini itirənlərin ləğv edilməsi haqqında təkliflər hazırlayır.
Müəssisənin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında, eləcə də müəssisə, idarə və təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir.
Müəssisə, idarə və təşkilatların fəaliyyətinə aid olan normativ aktlar ilə qüvvədə olan qanunvericiliyə dəyişikliklərlə vəzifəli şəxsləri tanış edir.
Müəssisənin işçilərinə carı qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəy verir.
 
Bilməlidir:

Azertexnolayn MMC-nin istehsalat, təsərrüfat və maliyyə fəaliyyətini tənzimləyən qanunvericiliyi, normativ və metodik materialları;
mülki, əmək, vergi, gömrük, inzibati qanunvericiliyi;
hüquqi fəaliyyət üzrə normativ və metodik materialları;
müqavilələrin rəsmiləşdirilməsi və bağlanması qaydalarını;
Azertexnolayn MMC-nin işgüzar profilini, fəaliyyət istiqamətlərini, istehsalat ixtisaslaşmasını, struktur bölgüsünün xüsusiyyətlərini;
İstehsalatın, əmək iqtisadiyyatının və idarəçiliyin təşkil olunmasının əsaslarını;
Daxili nizam qaydalarını və Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.;
İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını.
 
Zəruri şərtlər:

Təhsili                   Ali(Hüquq)
İş təcrübəsi            5 ildən az olmayaraq
Xarici dil                İngilis, Rus
Kompüter biliyi    MS Office proqramları

E-mail: [email protected]