Kargüzarlıq üzrə Mütəxəssis

  • Azərenerji ASC
  • Elanın qoyulma tarixi: 12.03.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Azərenerji” ASC  Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinə kargüzarlıq üzrə mütəxəssis vəzifəsinə ərizə qəbul edir.

Vəzifə: Kargüzarlıq üzrə Mütəxəssis

Struktur hissəsi: Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi

Birbaşa tabeçilik: Şöbənin rəisi

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

 Cəmiyyətin struktur bölmələrindən və ya icraçılardan lazım olan məlumatların alınması;
 Kargüzarlıq işinin aparılması, gələn korrespendensiyanın qəbul edilməsi, onların sistemləşdirilməsi, cavab hazırlaması üçün bölmələrə və ya konkret icraçılara verilməsi və nəzarət altına alınması, yerinə yetirilmə müddətinə nəzarət edilməsi;
 Telefonoqramların qəbul edilməsi və göndərilməsi;
 Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
 Fəaliyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlanması.

Tələblər:

 Ali təhsil;
 Kompüterlə işləmək bacarığı;
 Azərbaycan, ingilis və rus dillərini bilmək;
 Kargüzarlıq sahəsində azı 3 il stajı;
 Səlis yazı qabiliyyəti.

Müraciət üçün namizədlər öz CV  və niyyət məktubunu vəzifə göstərilməklə [email protected] elektron poçta ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi