Keyfiyyətə Nəzarət üzrə Menecer

İşin təsviri

Şirkət: “ANS Şirkətlər Qrupu”

Vəzifə: Keyfiyyətə Nəzarət üzrə Menecer

Vəzifə və öhdəlikləri:

 İş sahəsində tətbiq etmək üçün keyfiyyətə nəzarət üzrə standartları yeniləmək və təsdiq etmək;
 İş prosesini başa düşmək, qəbul etmək və keyfiyyətə nəzarət işini planlaşdırmaq;
 Keyfiyyət göstəriciləri və üsulları ilə bağlı rəhbərlərlə məsləhətləşmələr aparmaq;
 Keyfiyyət üzrə müvafiq sənədlərin sxemi, məzmunu və təşkili ilə bağlı rəhbərliklə birlikdə qərar qəbul etmək;
 Proseduralara dair rəy və təkliflərin alınması üçün istehsal sahəsi üzrə menecer və müdriyyət ilə əlaqə saxlamaq;
 Normal təftiş və nəzarət tədbirlərini həyata keçirmək;
 Fərdi fəaliyyət planı tərtib etmək;
 Keyfiyyət ilə bağlı yazılı və əyani təlimatlar hazırlamaq;
 Keyfiyyət standartları üzrə işçilərin təlimini və istiqamətləndirilməsini təmin etmək;
 Təlimatları çatdırmaq və praktik məsələlərdə dəstək göstərmək;
 Müvafiq xidmət və texniki fəaliyyətlərin keyfiyyət standartları ilə uyğunluğuna nəzarət etmək;
 Xidmət və ya tikinti ilə bağlı statistik məlumatlar toplamaq, təhlil etmək və hesabat hazırlamaq;
 Tikinti ilə bağlı məsrəf-nəticələrin səmərəli yoxlamasını həyata keçirmək;
 Qeyri-dağıdıcı (qeyri-destruktiv) təftişlər üçün nümunə hissələr götürmək, yoxlama həyata keçirmək və nəticələr barədə hesabat vermək;
 Keyfiyyətə nəzarət sisteminin müəyyən edilməsi məqsədilə seçilmiş məhsul və ya xidmətləri qiymətləndirmək;
 İSO standarları üzrə bilikləri (Sənədləşmə, kargüzarlıq.)

Tələblər:

 Azərbaycan, rus  və İngilis dili biliyi;
 vəzifə üzrə 3-5 il iş təcrübəsi;
 İş qrafiki: Bazar ertəsi-Şənbə 6 günlük iş qrafiki;
 İş yeri: Bakı şəhəri.

Qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinə “Keyfiyyətə Nəzarət üzrə Menecer” yazaraq CV-lərini [email protected]  elektron ünvanına 15.03.2016-cı il tarixinədək göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.Mövzu yerinə vəzifəni qeyd etməyən namizədlərin CV-lərinə baxılmayacaq.

ANS Şirkətlər Qrupu tərəfindən digər vakansiyalar