Texniki Mühəndis (Sumqayıt)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 24.02.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya: Texniki Mühəndis (Sumqayıt)

Tələblər:

• Texniki universitet məzunu
• Mühəndis texniki vəzifələrdə 5 il iş təcrübəsi
• İngilis dili, Rus dili texniki səviyyədə bilməli
• Texnoloji proseslərin aparılması qaydasını bilməli
• İstehsalatın və istehsal avadanlıqlarının texnoloji xüsusiyyətlərini bilməli
• İş proseslərini, texnoloji sxemləri oxumağı bacarmalı
• PLC, avtomatik, elektronik, pnevmatik, hidravlik sistemlərdə ölçü cihazlarının parametrlərini, nəzarət qaydalarını bilməli
• Texniki təhlükəsizlik qaydalarını bilməli

İşin təsviri:

• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Əsaslı təmir üçün siyahl tutulmasında iştirak edir.
• Bütün təmir işlərini avadanlıqların texniki passportunda qeyd edilən normativlərə əsasən həyata keçirir, normativdən kənara çıxmamaq üçün lazım gələrsə, avadanlığa dair internet resusrlarından istifadə edərək, təmir işlərini müasir standartlar əsasında qurur.
• Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak edir.
• Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir.
• Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq, dəzgah və qurğulara təmir xidməti göstərən işçilərə istiqamət verir.
• İş yeri – Sumqayıt şəhəri

Vakansiya ilə maraqlanan və tələblərə cavab verən şəxslər aşağıdakı link vasitəsilə müraciət edə bilərlər:
https://hr.azersun.com/pages/openPosition.aspx?Lang=2&ID=107

Müraciət üçün email: [email protected]

İşəgötürənin reytinqi