Hüquqşunas

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 21.02.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: AAC MMC

Vəzifə: HÜQUQŞUNAS

Ünvan: BAKI-SALYAN ŞOSESİ, 47-Cİ KM

Şirkət haqqında

“AAC” MMC - Müasir tikinti materialları zavodu məsaməli beton blokları, yanmış və sönmüş əhəngin istehsalı ilə məşğuldur. Zavodun illik istehsal gücünü 180 min m3 məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. Zavod Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. (Əlavə məlumat üçün: www.aac.az saytını ziyarət edə bilərsiniz)
"AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP" ASC-yə daxildir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Cəmiyyətdə normativ aktların müddəalarının düzgün tətbiq edilməsinin təmin edilməsi;
• Cəmiyyət ilə bağlı bütün sənədlərin (qərarlar, əmrlər, sərəncamlar, əsasnamələr, prosedurlar və.s) icra edilməsindən qabaq onların qanunvericiliyə uyğunluğunun yoxlanılması və lazım gəldikdə razılığın bildirilməsi (sənədlərin müvafiq yerində imza etməklə);
• Cəmiyyətdə hüquq pozuntusunun olması faktı aşkar edildikdə, onun aradan qaldırılması məqsədilə rəhbərliklə birgə hüquqi tədbirlərin görülməsinin təmin edilməsi;
• Mülki hüquqi xarakterli müqavilələrin hazırlanması, müqaviləni qarşı tərəfə təqdim etdikdə onun qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunun yoxlanılması;
• Cəmiyyətin fəaliyyəti ilə bağlı Hüquqi şəxs(lər)in dövlət qeydiyyatına alınması, yenidən təşkili və ləğvi üçün tələb olunan sənədlər paketinin hazırlanması və icra edilməsi;
• Hüquqi şəxslərin təsis sənədlərində edilmiş dəyişikliklərin və faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlər paketinin hazırlanması və icra edilməsi;
• Cəmiyyətdə kadr uçot sənədlərinin qanunvericiliyin tələblərinə uyğun qaydada hazırlanmasına və hərəkətinə nəzarət edilməsi, bu sahədə hüquqi məsləhətlər və əlverişli təkliflər verilməsi;
• Cəmiyyətin maraqlarını lazımınca müdafiə etmək məqsədilə etibarnaməli nümayəndə qismində məhkəmədə bütün zəruri prosessual imkanlardan istifadə edilməsi;
• Cəmiyyətə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məqsədilə hüquqi vasitələrdən istifadə etməklə tədbirlər görülməsi;
• Tələb olunan hüquqi sənədlərin lazım olan vaxtlarda dövlət və bələdiyyə orqanlarına təqdim edilməsi, oradan götürülməsi, bununla bağlı imza edilməsi, lazım gəldikdə tələb olunan dövlət rüsumunun ödilməsi;
• Cəmiyyətin fəaliyyəti ilə bağlı hüquqi məsləhətlər, rəylər və arayışların verilməsi.

TƏLƏBLƏR:

• Ali hüquq təhsili;
• MS Office proqramlarını bilmək;
• Azərbaycan, rus, ingilis dillərini bilmək;
• Müvafiq sahədə azı 3 il stajı.
• Şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
• Məsuliyyətlilik;
• Diqqətlilik;
• Analitik düşünmə;
• Analiz etmə qabiliyyəti;
• Komandada işləmə bacarığı.

Maraqlanan şəxslər öz "CV"-lərini mövzu hissəsində müraciət edilən vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
 
QEYD: Tələblərə uyğun olmayan və mövzu hissəsində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq.