Hüquq Departamentinə - Təcrübəçi

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 17.02.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Hüquq Departamenti üçün təcrübəçiləri seçim prosesinə dəvət edir.

26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Təcrübə müddətində əldə edəcəyiniz peşəkar bilik və təcrübə:

• Huquqi sənədlərin reyestrini aparmaq, qorunub saxlanmasını təmin etmək;
• Banka daxil olan bütün hüquqi sorğuların cavablandırılmasını təmin etmək məqsədi ilə muvafiq cavablar hazırlayaraq departament direktoruna təqdim etmək;
• Sənədləri tərtib etmək və müqavilələri yoxlamaq;
• Müvafiq məlumatları hazırlamaq və aidiyyatı üzrə təqdim etmək;
• Departamentə daxil olan və departamentdən xaric olan sənədləri qeydiyyat etmək;
• Struktur bölmələrlə (filiallar, departamentlər və s.) koordinasiyanı və sənəd dövriyyəsini aparmaq.

Namizədə qarşı tələblər:

• Ali hüquqi təhsil (magistr dərəcəsinin olması arzuolunandır);
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (İngilis dilini bilənlərə üstünlük verilir);
• Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmaq;
• Məsulliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmaq;
• Məxfiliyə riayət etmək, analiz etmək, ünsiyyət bacarığına sahib olmaq, vaxtı düzgün idarə etmək, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlara sahib olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər 24 fevral 2016-cı il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquq Departamentinə - Təcrübəçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.