Şirkət audit vəzifəsinə müsabiqə elan edir.
Əsas vəzifə öhdəlikləri:
Müvəqqəti idarəetməyə götürülmüş şirkətlərin maliyyə hesabatlarını və aktivlərini qiymətləndirmək;
Müvəqqəti idarəetməyə götürülmüş şirkətlərin gündəlik fəaliyyəti üzərində monitorinq aparmaq;
Müvəqqəti idarəetməyə götürülmüş şirkətlərin fəaliyyətinə nəzarət üzrə idarəetmə orqanlarının qərar və tapşırıqlarının icrasını təmin etmək.
Namizədə olan tələblər:
Ali iqtisadi təhsil;
Maliyyə meneceri, baş mühasib və ya audit sahəsində ən azı 3 il iş təcrübəsi;
Azərbaycan dilini mükəmməl bilmək;
Analitik bacarıq;
Müxtəlif komandalarla işləmək bacarığı.
Tələblərə cavab verən namizədlər 10 fevral 2016-cı il tarixinədək [email protected] e-ünvanına CV-ni göndərməklə müraciət edə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
Xahiş edirik ki, müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin, əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.