Giltex 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan Gilan Tekstil Parkı müəssisəsinin ticarət nişanıdır. Gilan Tekstil Parkında yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Müəssisənin bazasında İplik fabriki, Toxuma fabriki, Boyama fabriki və Tikiş fabriki fəaliyyət göstərməkdədir. Hal-hazırda Gilan Tekstil Parkında müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmallar istehsal edilməkdədir. İstehsalda insan sağlamlığına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir. Bütün məhsullar Avropa standartlarına tam uyğundur.
VAKANSİYA: SƏTƏMM üzrə mütəxəssis
VƏZİFƏ ÖHDƏLİKLƏRİ
• İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət edilməsi;
• İstehsalat zədələnmə və xəstəliklərin vəziyyətinin təhlili və onların qarşısını almaq üçün tədbirlərin hazırlaması və onların həyata keçirilməsi;
• Təhlükəsizliyin qiymətləndirilməsi zamanı təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkil edilməsi və aparılması;
• Müvafiq struktur bölmələrinin nümayəndələrilə birlikdə maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventilyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
• Zədələnmə və iş yerində xəstəliklərin qarşısını almaq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi şəraitinin yaxşılaşdırılması üçün digər struktur bölmələrlə birlikdə fəaliyyət plan və proqramın hazırlanması və həyata keçirilməsi;
• İşçiləri tibbi müayinəyə göndərilməsi;
• İstehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılması;
• Əməyin mühafizəsilə bağlı qanunvericiliyə uyğun hesabatın hazırlanması;
• Mühasibat şöbəsinə əməyin mühafizəsinə və illik fəaliyyət planının həyata keçirilməsinə xərclənəcək vəsaitlərin ayrılması üçün müraciət edilməsi;
• İşə qəbul olunmuş, o cümlədən müvəqqəti hər bir işçiyə və kənardan gələn hər bir şəxsə təhlükəsizliklə bağlı giriş/təkrar təlimatının keçirilməsi;
• Müvafiq qanunvericiliyin və müəssisənin tələblərinin işçilərin nəzərinə çatdırılması;
• Ətraf mühitin mühafizəsi tədbirlərilə əlaqədar lazımi vəsaitlərin əldə edilməsi;
• Təxliyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
• İşçilərin fövqəladə hal zamanı cavab hərəkətləri haqqında təlimat keçirilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.
KATEQORİYA: İstehsalat
ŞƏHƏR: Sumqayıt
NAMİZƏDƏ TƏLƏBLƏR
• Təhsil: Ali.
• Dil bilikləri: Azərbaycan – mükəmməl səviyyədə.
• Təcrübə: Min 3 il (istehsalat sahəsində).
• istehsalat sahəsində İSO standartlarını mükəmməl bilməli.
• Bu sahə üzrə sertifikatların olması mütləqdir.
İŞ SAATI
09:00 – 18:00
CV-lərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
QEYD: Email-in “subject” bölməsinə vakansiyanın adını yazmağınız xahiş olunur.