Bölgələr üzrə Filial müdiri

  • Parabank ASC
  • Elanın qoyulma tarixi: 06.12.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bölgələr üzrə Filial müdiri

Vəzifəyə olan tələblər
• Ali təhsil (iqtisadi təhsillilərə üstünlük verilir);
• Məsuliyyətli olmalı;
• Ünsiyyət qurabilmə qabiliyyəti;
• Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı
• Bu sahədə dörd illik təcrübəyə malik olması;
• Filialın işlərini planlaşdırma bacarığına malik olması;

Əsas vəzifələr

• Baş bank tərəfindən verilmiş etibarnaməyə əsasən fəaliyyətini həyata keçirmək;
• Filiala verilmiş lisenziyaya uyğun Bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək;
• Bank tərəfindən filialların istifadəsinə verilmiş əmlakın məqsədəuyğun istifadəsinə nəzarət edir, onun qeyri-düzgün istifadəsi nəticəsində korlanmasına məsuliyyət daşımaq;
• Filialın əsasnaməsinə uyğun iş planını təsdiq etmək, onun icrasına nəzarət etmək;
• Bankın İH-nin təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filialarlın açılması və bağlanmasına nəzarət etmək, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşımaq;
• Filiallara etibar edilmiş, maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək;
• Xəzinənin açılması və işin sonunda onun bağlanması zamanı maddi qiymətlərin və pul vəsaitinin sayılmasına birbaşa məsuliyyət daşımaq və nəzarət etmək;
• Filiaların Baş bankdakı filiallararası hesablaşmalar hesabının ani və cari likvidliyinin qorunmasına gündəlik nəzarət etmək;
• Filialların kassa limitinin qorunmasına nəzarət edir, lazım gəldikdə mədaxil və ya məxaric üzrə pul vəsaitlərinin inkasasiyası üçün Baş banka sifariş vermək;
• Gün ərzində aparılan bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və Baş banka vaxtında ötürülməsinə nəzarət etmək və buna məsuliyyət daşımaq;
• Korporativ müştərilərin filiallara cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək;.

CV-ləri bölgələrdə filial müdiri mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.