Cost Controller (Qiymətlər üzrə Nəzarətçi)

  • Rixos Guba Hotel
  • Elanın qoyulma tarixi: 09.11.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Rixos Quba Azerbaijan peşəkar təcrübəsi olan mütəxəssisləri Cost Controller (Qiymətlər üzrə Nəzarətçi) vəzifəsinə işə dəvət edir.

Vəzifə: Cost Controller (Qiymətlər üzə Nəzarətçi)

Kimə məruzə edir: Mailiyyə Direktoru

VƏZİFƏ BORCLARI:

Otel ilə, yəni – nömrələr, qida və iaşə, digər müxtəlif xidmətlər və məhsullar ilə bağlı hər cür satış, ümumi nəzarət, mal qəbul etmə və buraxılış məsələrinə aidiyyatı olan prosedurlara nəzarət etmək və bütün proseslərin Şirkətin siyasətinə müvafiq şəkildə icra edilməsini təmin etmək.

İXTİSAS TƏLƏBLƏRİ:

• Otaqlarla əlaqədar ehtiyacların (İnzibati-Təsərrüfat və Camaşırxana inventarları və istehlak obyektləri, Otaqlarda gözəllik predmetləri), Qida və İaşə xidmətləri ilə bağlı müxtəlif məmulatların, ofis ləvazimatlarının, uniformaların, Otelin fəaliyyəti ilə bağlı olan lazımi məsrəflərin qiymətlərinə nəzarət işi ilə bağlı bütün proses və təlimatlar barədə ətraflı şəkildə xəbərdar olmaq və təcrübəyə malik olmaq.
• Bütün əsas vəzifə və tapşırıqları həyata keçirmək məqsədilə dəyişkən iş qrafiki əsasında çalışmaq iradəsinə malik olmaq.
• Komandanın iş gedişatına təkan vermək üçün qərarlar qəbul etmə iqtidarına malik olmaq.
• Otel ilə bağlı əməliyyatlar və qiymətlərə nəzarətlə bağlı bütün yerli təlimatlar və şirkət siyasətinə riayət etmək.
• Etibarlı, təmkinli və mütəşəkkil şəkildə çalışmaq.

Maraqlanan namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində yazmağınız xahiş olunur.Əks təqdirdə mövzu hissəsi boş qalan namizədlərin müraciətinə baxılmayacaqdır.

İşəgötürənin reytinqi