IT Departamentinin Dəstəkləmə və müşayiət şöbəsinə proqramçı

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 09.11.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“DəmirBank” ASC  İnformasiya Texnologiyaları Departamentinin Dəstəkləmə və müşayiət şöbəsinə proqramçı” vəzifəsinə işəqəbul elan edir.

25 ildən artıq tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Bankda yeni yaranan məhsulların proqram təminatının hazırlanması və müşayiəti;
• Mərkəzi bank üçün aylıq və illik hesabat (bütün pul köçürmələri üzrə);
• Bankın departamentləri tərəfindən mütəmadi olaraq tələb olunan digər hesabatların hazırlanması.

Namizədə qarşı tələblər:

• Texniki sahə üzrə ali təhsilinin olması;
• Sözü gedən sahədə ən azı 1 il iş təcrübəsinin olması;
• Dil biliklərinin Azərbaycan (mükəmməl), rus (yaxşı) və ingilis dili (yaxşı) olması;
• ORACLE PL SQL proqramında işləmək bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 noyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Dəstəkləmə və müşayiət şöbəsinə proqramçı” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.