Problemli Aktivlərin İdarə Olunması/Hüquqi Tənzimlənməsi Depart. - Təcrübəçi mütəxəssis

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 09.11.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Problemli Aktivlərin İdarə Olunması və Hüquqi Tənzimlənməsi Departamenti üçün təcrübəçiləri seçim prosesinə dəvət edir.

25 ildən artıq tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Təcrübə müddətində əldə edəcəyiniz peşəkar bilik və təcrübə:

 Problemli kreditlər üzrə kredit dosyelərinin filialardan  müəyyən edilmiş qaydalar çərçivəsində qəbul edilməsi qaydaları;
 Qəbul edilmiş kredit dosyelərinin departament daxilində aidiyyatı üzrə əməkdaşlara təhvil verilməsi;
 Qəbul edilmiş kredit dosyelərinin arxivləşdirilməsi, arxivdə saxlanılması, qeydiyyatının aparılması, onların tam şəkildə qorunması və itirilməsinin qarşısının alınması formaları;
 Struktur bölmələrlə (filiallar, departamentlər və s.) koordinasiyanın və sənəd dövriyyəsinin aparılması.

Namizədə qarşı tələblər:

 Ali təhsilinin olması;
 Yüksək ünsiyyət qabiliyyətinin olması;
• Stres altında işləməyi bacarmalı;
 Azərbaycan dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığının olması;
 Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;
 Məlumatlandırma, detallara diqqət, peşəkarlıq və yüksək təzyiq altında işləmək bacarığının olması;
 Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;

Göstərilən tələblərə cavab verən namizədlər 16 noyabr 2015-ci il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Problemli Aktivlərin İdarə Olunması və Hüquqi Tənzimlənməsi Departamenti - Təcrübəçi mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.