Risk Departamentinin direktoru

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 19.10.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Risk Departamentinin direktoru vəzifəsinə işəqəbul elan edir.

26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

İşin təsviri:

• Bankın Strateji inkişaf planının hazırlanmasında və bu plandan irəli gələn və bilavasitə departamentin vəzifələrinə aid olan layihələrin hazırlanmasında iştirak edir və həvalə olunan layihələrin idarə edilməsini həyata keçirir;
• Qabaqcıl təcrübəyə uyğun olaraq risklərin qiymətləndirilməsi, müxtəlif risk növlərinə uyğun riskə məruz dəyərin qiymətləndirilməsi ve onun adekvatlığının yoxlanılması, risklərin ekonometrik metodlarla qiymətləndirilməsinin və modellərə uyğun idarəetmənin tətbiqini həyata keçirir;
• Bankın risk siyasətinin, departamentin fəaliyyəti ilə bağlı olan Bankdaxili təlimat, qayda və iş prosedurlarının layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır və İdarə Heyətinə təqdim edir;
• Bankın digər struktur bölmələri ilə birgə mühüm riskləri müəyyən edərək risk xəritəsinin tərtib edilməsi və müntəzəm olaraq yenilənməsini təmin edir;
• Bankda müxtəlif risk növləri üzrə limitlərin təyin edilməsi barədə təkliflər verir və təsdiqlənmiş limitlərin riayət edilməsinə nəzarət edir;
• Risk sahələri üzrə səlahiyyətlərin və məsuliyyətlərin bölüşdürülməsi barədə təkliflər verir;
• Bankın struktur bölmələri tərəfindən risk sahələri üzrə aparılan işlər, o cümlədən təsdiq olunmuş limitlərə riayət edilməsi barədə hesabat sisteminin tətbiqini təmin edir, alınmış hesabatları təhlil edir və nəticələri barədə Bankın rəhbərliyinə məlumat verir;
• Risklərin azaldılması məqsədilə Bankın fəaliyyət sahəsində bazarın vəziyyətini təhlil edir və faiz dərəcələrinin, valyuta məzənnələrinin və s. gözlənilən dəyişikliklər ilə əlaqədar Bankın üzləşə biləcəyi risklərin minimallaşdırılması barədə öz təkliflərini verir;
• Bankda hazırlanmış təlimatların, qaydaların, prosedurların və digər sənədlərin layihələrini risk baxımından təhlil edir, öz rəy və təkliflərini verir;
• Kredit portfelinin monitorinqi ilə bağlı icra mexanizmlərini müəyyən edir və müvafiq bankdaxili normativ sənədlərin hazırlanmasını təmin edir;
• Mütəmadi olaraq aktivlərin təsnifləşdirilməsini həyata keçirir və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatların yaradılmasına dair təkliflər hazırlayır və təsdiq olunması üçün Riskləri İdarəetmə Komitəsinin növbəti və növbədənkənar iclaslarına çıxarır;
• Daima kredit, əməliyyat, İT və digər risk sahələri üzrə mövcud və yarana biləcək risklərin təhlilini aparır və onların minimallaşdırılması üçün Bankın struktur bölmələrindən zəruri tədbirlərin həyata keçirilməsini tələb edir;
• İdarə Heyəti sədr müavinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

Namizədə qarşı tələblər:

• İqtisadiyyat, biznes idarəçiliyi, menecment üzrə ali təhsil (MBA dərəcəsi arzuolunandır);
• Risklərin idarə edilməsi, maliyyə menecmenti sahəsində 5 il və idarəetmə üzrə minimum 3 il iş təcrübəsinə malik olmalı;
• Azərbaycan və İngilis dillərində şifahi və yazılı ünsiyyət qurma bacarıqlarına malik olmalı;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
• Bank və onun missiyasına yüksək dərəcədə sadiqlik nümayiş etdirməli;
• Liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlılıq, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahib olmalı;
• Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarə etmək qabiliyyətinə malik olmalı;
• CFA, FRM kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatların olması arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 noyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Risk Departamentinin direktoru) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.