Giltex 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan Gilan Tekstil Parkı müəssisəsinin ticarət nişanıdır. Gilan Tekstil Parkında yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Müəssisənin bazasında Toxuma fabriki, Boyama fabriki və Tikiş fabriki fəaliyyət göstərməkdədir. Hal-hazırda Gilan Tekstil Parkında müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmallar istehsal edilməkdədir. İstehsalda insan sağlamliğına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir. Bütün məhsullar Avropa standartlarina tam uyğundur.
VAKANSİYA: Tikiş fabrikinin planlama mütəxəssisi
ŞƏHƏR: Sumqayıt
VƏZİFƏ ÖHDƏLİKLƏRİ
- MMC-nin Satış və marketinq şöbəsindən məhsulun istehsalı üçün sifarişin qəbul olunması
- Qəbul olunmuş sifarişləri tikiləcək modellərə uyğun şəkildə çeşidləmək.
- Çeşidləmə əsasında hər bir sexə (tikiş sexi, biçmə sexi, simvolika və yazı sexi) konstruktorlaşdırma və modelləşdirmə şöbəsinə müvafiq tapşırıqlar vermək.
- Sifarişə uyğun məhsulun hazırlanması (tikilməsi) üçün konveyer tikiş qrupları arasında düzgün bölüşdürmə aparmaq
- Məhsulun istehsalı üçün lazım olan materialların anbardan təhvil alınmasına nəzarət etmək və bu işi sənədləşdirmək.
- Bu tapşırıqlar yerinə yetirildikdən sonra istifadə olunmuş materiallar haqqında hesabat almaq.
- Alınmış hesabatları dərhal (faktiki alınma vaxtı ilə) daxili sistemində sənədləşdirmək.
- Hazırlanmış məhsulların sifarişçiyə təhvil verilməsi üçün onların göndərilmə ardıcıllığını müəyyənləşdirmək.
- Hazırlanmış məhsullar haqqında Marketinq və satış şöbəsinə xəbər vermək.
- Sifarişin təhvil verilməsinə qədər olan proseslərə nəzarət etmək.
NAMİZƏDƏ TƏLƏBLƏR
• Ali iqtisadi/texniki təhsili
• Tikiş sahəsində planlama üzrə mütəxəssis kimi ən azı 1 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan (əla), Rus
• Kompyuter bilikləri: MS Office əla səviyyədə bilməsi
İŞ SAATI
09:00 – 18:00
Əmək haqqı razılaşma ilə
CV-lərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız tələblərə uygun şəxslər bizə müraciət etsinlər!
QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur.