Baş hüquqşünas

İşin təsviri

Bank “BTB” ASC  Baş hüquqşünas vəzifəsinə işə qəbul elan edir.

Baş hüquqşünas

İş barədə məlumat:

1. Bank tərəfindən müqavilələrin hazırlanmasında iştirak edir;
2. Bankın adından bağlanılan bütün növ əqdlərin standart formalarını hazırlayır, onlara əlavə və dəyişiklikləri edir;
3. Bank tərəfindən bağlanılarn müqavilələrə rəy verir;
4. Bankın fəaliyyətində yol verilən qanun pozuntusu ilə bağlı daxil olan şikayət, ərizə və digər müraciətlərə baxır;
5. Bankın fəaliyyətində yaranan hüquqi məsələlər ilə bağlı rəylər verir və hüquqi yardım göstərir;
6. Dövlət və ictimai təşkilatlarda hüquqi məsələlərə baxılmasında bankın maraqlarını təmsil edir;
7. Bank üçün hüquqi əhəmiyyətli nəticələr yaradan bütün sənədlərin  hüquqi ekspertizasını aparır;
8. Müştərilərin yazılı və şifahi müraciətlərinin müvafiq normativ aktda    göstərilən müddətdə və qaydada toplayır, baxır və cavablandırır;
9. Baxılan müraciətlərə dair statistikanı aparır və ümumiləşdirir;
10. Müştərilərin hüquqlarının, qanuni mənafelərinin və etik davranış qaydalarının pozulması hallarının aşkarlarlanması üçün araşdırmalar aparır;
11. Müştərilərin müraciətləri ilə əlaqədar Mərkəzi Bankın sorğularını araşdırır və cavablandırır;
12. Müraciətlərin reyestrdə qeydiyyatını aparır
13. Müştərilərin hüquqlarının, qanuni mənafelərinin qorunması və etik davranış qaydalarında çatışmazlıqların aradan qaldırılması istiqamətində Departament direktoruna müvafiq təkliflər hazırlayır.

Namizədə tələblər:

 ali hüquqi təhsil;
 bank və digər kredit təşkilatlarında hüquq sahəsində ən azı 2 il təcrübə;
 hüquqları müdafiə edə bilmə bacarığı; məsləhət vermək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  30 Oktyabr, 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Baş hüquqşünas)  göstərməyiniz xahiş olunur.