Girovların monitorinqi üzrə Menecer

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 27.09.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“PASHA Bank” Girovların Monitorinqi Şöbəsinə girovların monitorinqi üzrə menecer vəzifəsi üzrə işə qəbul elan edir.

BANK HAQQINDA

2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycanın iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.

ƏSAS ÖHDƏLİKLƏR

• Əmlaklara baxışın keçirilməsi, ekspertizası və qiymətləndirilməsi;
• Yerləşmənin müəyyən edilməsi və təhlili;
• Əmlak bazarı üzrə analitik hesabatların hazırlanması və istifadə edilməsi;
• Tikinti smetaları tərtibi və yoxlanılması;
• Avadanlıqların texniki göstəricilərin müəyyən edilməsi və inventarizasiyası;
• Girovların idarə edilməsi üzrə işlərin görülməsi;
• Bütün növ əmlakların qiymətləndirilməsi;
• Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

TƏLƏBLƏR

• Ali təhsilin olması;
• Azərbaycan dilində yüksək səviyyədə İngilis və Rus dillərində yaxşı səviyyədə yazı və şifahi bacarıqların olması;
• Ofis Proqramlarından mükəmməl istifadə bacarığı;
• Sözü gedən sahədə ən azı 5 illik iş təcrübəsinin olması;
• Məsuliyyətli və işində dəqiqlik.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 5 oktyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində nəzərə almaqla “Girovların monitorinqi üzrə menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi