Bazar Risklərinin İdarə Olunması şöbəsinə mütəxəssis

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 30.08.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Risk Departamentinin Bazar Risklərinin İdarə Olunması şöbəsinə mütəxəssis qəbulu elan edir.

25 ildən artıq tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Əsas vəzifə öhdəlikləri:

 Ölkədaxili makroiqtisadi vəziyyətin izlənməsi və banka təsirinin araşdırılması;
 İqtisadi dəyişikliklər zamanı bankın məruz qala biləcəyi mümkün zərərlərin təyin edilməsi;
 Bankın aktiv və passiv strukturunun nəzarətdə saxlanılması;
 Bankın aktivlərinin stress testə tabe tutulması;
 Bankın valyuta mövqeyinin nəzarətdə saxlanılması;
 Bankın likvidliyinin nəzarətdə saxlanılması.
 Bankın fəaliyyət istiqamətləri üzrə məruz qaldığı mövcud, habelə potensial bazar və likvidlik risklərinin müəyyənləşdirilməsi və təsnifləşdirilməsində iştirak edilməsi, yeni metodların tətbiqi ilə bağlı təkliflərin verilməsi;
 Mütəmadi olaraq bazar və likvidlik risklərinin monitorinqinin həyata keçirilməsi, mövcud risk limitlərinin uyğunluğuna nəzarət edilməsi, həmçinin müəyyənləşdirilmiş və potensial risklərin minimallaşdırılması  barədə təkliflər verilməsi;
 Bazar və likvidlik risklərinin idarə edilməsi işinin təşkil edilməsi, habelə strategiyanın müəyyənləşdirilməsi barədə təkliflərin verilməsi;
 Bankın struktur bölmələrində risklərin idarə edilməsi işinin və likvidlik risklərinin idarə edilməsinin işinin Mərkəzi Bankın təlimatlarına, normativlərinə və qaydalarına, habelə Bankın Risk siyasətinə, bankdaxili qaydalara və prosedurlara uyğun aparılmasına nəzarət edilməsi və bütün kənarlaşmalar barədə Departament direktoruna məlumat verilməsi;
 Bazar və likvidlik riskləri sahəsində risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflərin verilməsi və tələb olunduğu halda onları icra edilməsi;
 Bazar və likvidlik risklərinin təhlili üçün müxtəlif test modellərinin (stres test, geriyə yoxlama, ssennari təhlili və s.) hazırlanması.

Namizədə qarşı tələblər:

 İqtisadiyyat sahəsində ali təhsil (magistr dərəcəsi arzu olunandır);
 Bankda (risk, xəzinədarlıq sahələrində) minimum 1 il iş təcrübəsi;
 Analitik düşünmə qabiliyyəti;
 Güclü statistika bilikləri (modelləşdirmə və proqnozlaşdırma);
 Yüksək səviyyədə Microsoft Excel bilikləri (formulalar və cədvəllərlə işləmək);
 Sərbəst Azərbaycan, İngilis və Rus dili bilikləri;
 Sərbəst işləmə bacarığı;
 Komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07 sentyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Bazar Risklərinin İdarə Edilməsi şöbəsinə mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.