Baytar həkimi

  • SƏBA
  • Elanın qoyulma tarixi: 17.08.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Baytar həkimi

İşin təsviri:

- Müəssisədə baytarlıq qaydalarının və baytar-sanitar normaların tətbiq olunmasını təmin etmək;
- Müəssisədə quşların xəstəliklərdən qorunmasını, normal inkişafını təmin edən tədbirlərin görülməsini təmin etmək;
- Quşların saxlanması, yemləndirilməsi və onlara qulluq edilməsində bütün işçilərin zoogigiyenik və baytarlıq qaydalarına əməl etməsinə nəzarət etmək;
- Quşçuluq sahəsində texnoloji proseslərin təkmilləşdirilməsinə dair tədbirlər planının hazırlanmasında iştirak etmək, quşlara qulluq edilməsi, saxlanması və yemləndirilməsində mütərəqqi metod və üsullardan istifadə etməklə  səmərəliliyin artırılmasına köməklik göstərmək;
- Elmin və qabaqcıl təcürbənin yeni nailiyyətlərini baytarlıq sahəsində daim tətbiq etmək;
- Quşların salamat saxlanması üçün müalicə-profilaktiki, baytar-sanitar və epizootiya əleyhinə tədbirlər planının  hazırlanmasında iştirak etmək, quşların yemləndirilməsi, saxlanması və qulluq edilməsində baytarlıq təlimatlarına işçilər tərəfindən əməl edilməsinə nəzarət etmək, baytarlıq tədbirləri aparılarakən quşların reaksiyasına nəzarət etmək;
- Quşların yetişdirilmə sahələrində, məhsul və xammal saxlanılan binalarda dezinfeksiya , dezinseksiya və deratizasiya işlərinin aparılmasını təşkil etmək və ona nəzarət etmək;
- Təsərrüfatda yemin və quşçuluq məhsullarının ekpertizasını aparmaq;
- Təsərrüfata daxil olan yemlərdən nümunə götürülməsində iştirak etmək, keyfiyyətsiz yemin səbəbini aydınlaşdırmaq, vaxtında bununla bağlı akt tərtib edib cavabdeh təşkilata göndərmək, və baş verə biləçək nəticə barədə tədbir görmək;
- Ölmüş quşları vaxtında yarmaq, baytarlıq laboratoriyasına material göndərmək və ölümün səbəbi barəsində rəy vermək, ölmüş quşların vaxtında yığıbılıb məhv edilməsini təşkil etmək;
- Ona təhkim edilmiş sahədə proflaktiki tədbirlərin aparılmasını , eləcədə maşınların, avadanlıqların yuyulmasını və dezinfeksiya edilməsin təşkil etmək;
- Quşların qəbulu və quş damlarına yerləşdirilməsinə dair planların hazırlanmasında iştirak etmək;

Namizədə tələblər:

- “Baytarlıq” sahəsində ali təhsil;
- Rus, ingilis, türk dillərini bilmək;
- İxtisas üzrə ən azı 1-3 illik iş təcürbəsinə malik olmaq;
- Kompyuter bilikləri və sərbəst işləmək bacarıqları;
- Aylıq məvacib 1000 AZN təşkil edir.
- İş yeri Hövsanda yerləşir.

Zəhmət olmasa, CV-nin [email protected]  elektron ünvanına, mövzu yerinə elanın adı yazılmaqla göndərilməsi xahiş olunur.