“Baku Bus” MMC aşağıda qeyd edilmiş vakant iş yerlərinə işçi qəbulu elan edir.
Mühasib
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş (bank sənədlərinin) tapşırıqlarının hazırlanması
• Cari mühasibat uçotu əsasında gündəlik və aylıq mühasibat hesabatlarının hazırlanması
• Hesablarda yığılan vəsaitlərin və qayıdışlardan olan qalıqların məbləğinin yoxlanılması
• Mühasibat uçotu üzrə və rəhbərlik üçün lazım olan hesabatların hazırlanması və digər cari əməliyyatların yerinə yetirilməsi
• Mühasibat uçotu üzrə sənədləşmələrin düzgünlüyünə nəzarət edilməsi və arxivləşdirilməsi
Tələblər
• Müvafiq sahədə minimum 5 il stajı olmalı
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
• MS Office proqramlarını bilməli (Excel bilikləri)
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlıq kimi müsbət göstəricilər
• Yüksək analalitik düşüncə və problemləri həll etmə bacarığı
• Fərdi və kollektivdə işləmə qabiliyyəti
• İş rejimində səmərəli işləmə bacarığı
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi) [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz