İşin təsviri
Vəzifə öhdəlikləri
- Öz vəzifələrinin icrası zamanı fəaliyyətinin qanunvericiliyə uyğun olmasını təmin etmək;
- Cəmiyyətin ayrı-ayrı əməkdaşları və struktur bölmələrinin icra etdiyi əməliyyatların qanunvericiliyə, normativ aktlara və daxili sənədlərə uyğunluğunu müəyyən etmək məqsədilə mütəmadi olaraq yoxlamalar aparmaq;
- Cəmiyyətin əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarını tədqiq etmək, uyğunsuzluqları, yaxud saxtakarlıq əlamətlərini aşkara çıxarmaq;
- Aşkar edilmiş nöqsanların aradan qaldırılması və buna nəzarət məqsədilə tövsiyələr işləyib hazırlamaq;
- Aparılmış yoxlamaların nəticələri və aşkar edilmiş hər bir faktı müvafiq qaydada sənədləşdirmək;
- Aparılmış yoxlamaların nəticələri, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması barədə vaxtında rəhbərliyə məlumat vermək;
- Cəmiyyətin əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, daxili sənədlərin tələblərinin öyrənilməsi üzrə işin təşkilinə nəzarət prosesinin qiymətləndirilməsi;
- Mühasibat uçotu və hesabat sisteminin adekvatlığını təhlil etmək;
- İnzibati nəzarət mexanizmləri və qaydaların, habelə əməliyyatların səmərəliyinə qiymət vermək;
- Yeni siyasət formalaşdırılarkən və köhnə siyasətə yenidən baxılarkən, yaxud yeni fəaliyyət növlərinin planlaşdırılması prosesində və onların tətbiqinin müxtəlif mərhələlərində nəzarət mexanizmlərinin mövcudluğunu yoxlamaq.
- Fəaliyyəti ilə əlaqədar əldə etdiyi kommersiya sirri daşıyan məlumatlardan sui-istifadə etməmək və məxfilik prinsipinə əməl etmək.
Namizədə dair tələblər
- Ali təhsili
- Müvafiq sahə üzrə 2 (iki) il təcrübə;
- Risklərinin anlaşılması, tanınması, qiymətləndirilməsi və idarə olunması bacarığı;
- Yüksək intellektual səviyyə və analitik qabiliyyət;
- Beynəlxalq və kənar auditlərin aparılması qaydaları və prinsiplərini bilmək
- Azərbaycan dili üzrə sərbəst, İngilis və Rus dilləri üzrə orta səviyyədə (Intermediate) bilik;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.