Kadrlar üzrə mütəxəssis

  • Baku Bus
  • Elanın qoyulma tarixi: 08.07.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Baku Bus” MMC  “Kadrlar üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edır.

Əsas vəzifə:

- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulunu, işdən azad edilmələrini, bütün növ məzuniyyətlərin, intizam tənbehinin verilməsini və mükafatlandırılmasını rəsmiləşdirmək
- İşçilərin şəxsi işlərini formalaşdırıb qaydaya salmaq, habelə əmək fəaliyyəti ilə bilavasitə bağlı olan dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını yerinə yetirmək
- İşçilərin əmək kitabçalarında vaxtında qeydlər aparmaq, onları qorumaq, əmək stajını hesablamaq, habelə cari və əvvəlki əmək fəaliyyəti haqqında arayışlar vermək
- İşçilərə məzuniyyətlərin verilməsi uçotunu aparmaq, növbəti məzuniyyət cədvəlinin tərtibatına və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
- Cəmiyyətin kadrlara olan tələbatını təmin etmək, kadrlarla bağlı məşğulluq və digər orqanlarına müvafiq hesabatları təqdim etmək
- Xəstəlik vərəqələrinin hesabalanması
- İş vaxtının rejiminə riayyət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və s.

Şərtlər:

- Ali təhsilli;
- Bu sahədə minimum 3 ilə kimi iş təcrübəsi;
- Azərbaycan dilini əla bilmək ( rus və ingilis dili arzuolunandır);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək
- Kompüter proqramlarında sərbəst işləmək;
- Məsuliyyətli və diqqətli;
- Ünsiyyət qurma və yüksək təqdimat bacarığı;
- Problemləri həll etmə bacarığı;
- İdarəçilik  qabiliyyəti;

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi)  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz