Şirkətin adı: “Caspian Coast Winery and Vineyards” MMC
Vəzifə: Şərab istehsalı üzrə Baş Texnoloq
“Synergy Group” ASC haqqında:
2010-cu ildə təsis edilən "Synergy Group" ASC Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərdən biridir. "Synergy Group" ASC yüksək inkişaf potensiallı strateji sənaye sahələrinə sərmaye qoyur və həmin sahələrin müasir beynəlxalq tələblərə uyğun inkişafına çalışır. "Synergy Group“ 28 müxtəlif inkişaf yönümlü şirkətdən ibarətdir. Qrupda ümumilikdə 1100-dən çox müxtəlif profilli mütəxəssis çalışır. "Synergy Group"-un çox-sektorlu investisiya portfeli inşaat və tikinti materiallarının istehsalı, turizm, İKT, istehsalat və kənd təsərrüfatı sahələrə iri yatırımlardan ibarətdir. "Synergy Group"-a daxil olan şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial iqtisadi inkişafına öz töhfəsini verir. "Synergy Group" ASC-nin investisiya strategiyası investisiya qoyulan sahələrin uzunmüddətli inkişafı və qoyulan sərmayələrin yüksək rentabelliyinin təmin edilməsinə əsaslanır.
"Synergy Group" ASC-nin törəmə şirkəti olan “Caspian Coast Winery and Vineyards” MMC uğurlu karyera qurmaq məqsədi olan və geniş imkanlara malik Professional Komandanın bir üzvünə çevrilmək üçün təcrübəli mütəxəssislər axtarır.
Vəzifə öhdəlikləri:
• Mütərəqqi, iqtisadi cəhətdən əsaslandırılmış texnoloji proseslərin işlənb hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılıı rejimlərini işləyib hazırlayır.
• İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən yenidən qurulmasını, xammala, materiala, əmək sərfinə qənaət, məhsulun, işlərin (xidmətləri) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil edir.
• Yeni texnika və texnologiyanın tətbiqi planlarının, texnoloji sənədləşdirmənin hazırlanmsı, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət edir.
• Məmulatların hazırlanması, elm və texnikanın nailiyyətlərinin, mütərəqqi texnologiyanın tətbiqi, texnoloji sistemlərin layihələşdirilməsi, istehsalatın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, qeyr-ostandart avadanlığın, texnoloji ləvazimat və alətlərin tətbiqi, avadanləqlardan istifadə normativlərinə riayəy edilməsi və s. təşkil edir.
• Müəssisənin yenidən qurulması, yeni texnikanın və texnologiyanın tətbiqi, sınağı və mənimsənilməsi müddətinin azadılması üzrə tədbirlərin hazırlanması, istehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak edir.
• Yeni maşın və mexanizmlərin, mexanikləşdirmə və avtomatlaşdırmanın istehsalata tətbiqi və sınaq işlərində sistem və avadanlıqların qəbulu komissiyasının işində iştirak edir.
• Sexin işçilərinə rəhbərlik edir, onların fəaliyyətini istiqamətləndirir.
• İşin görülməsi və ümumi davranış standartlarına Şirkətin Daxili Qayda və Prosedurlarında göstərilmiş qaydada riayət etmək;
Tələblər:
• 5 ildən az olmayaraq müvafiq iş təcrübəsi;
• Dəyişkən iş qrafiki ilə işləmək bacarığı;
• Ünsiyyət qurmaq bacarığı;
• Şəxsi keyfiyyətləri : ciddi, məsuliyyətli, çalışqan, nizam-intizamlı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Şərab istehsalı üzrə Baş Texnoloq” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.