Yükləyici

  • Azfen
  • Elanın qoyulma tarixi: 23.06.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Məlumat:   Şahdəniz 2 layihəsi

İş yeri:      Azərbaycan Bakı Bayıl qəs. Cənub körpüsü 3

Proyekt:    Şahdəniz 2

Şirkət:        AZFEN BM

Son müraciət vaxtı:  03 avqust, 2015

Tələb olunan vəzifə :  Yükləyici

Peşə öhdəlikləri;

1.Verilmiş istehsalat tapşırığı daxilində yükqaldırma avadanlıqları,ləvazimatları və   ya yükqaldırma mexanizmlərinin köməyi ilə iş yerinə göndərilmiş yükləri boşaltmaq, müvafiq yerlərdə yerləşdirmək,yüklərin yerini dəyişmək,yükləri istehsalat bölmələrinə yükləyərək göndərmək,zəncirli talla peşəkarcasına işləmək, eləcə də montaj işləri zamanı yükqaldırma əməliyyatlarında iştirak etmək (yükqaldıcı kran və ya ləvazimatlar vasitəsi ilə montaj olunacaq konstruksiya və elementləri montaj yerinə çatdırmaqla montaj prosesinin başa çatdırılmasında iştirak etmək).
2.Yükləmə-boşaltma əməliyyatlarını təhlükəsizlik qaydalarına,prosedurlarına uyğun olaraq icra etmək.Verilən tapşırıq üçün yükqaldırma avadanlıq və ləvazimatını düzgün seçmək,düzgün quraşdırmaq və birləşdirmək.
3.Kranların yükqaldırma istiqamətini,yerini,yükqaldırma həcmini və siqnalları müəyyən etməyi və həmin qaydalardan düzgün istifadə etməyi bacarmaq

Tələblər;

Orta ixtisas və ya ali təhsil;
Bu sahədə ən azı 1 il iş təcrübəsi;
Kollektivlə işləmək bacarığı və əmək intizamının yüksək olması.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Yükləyici” yazaraq 03.08.2015-ci il tarixinədək [email protected]    ünvanına göndərilməsi xahiş olunur.