Hüquq şöbəsinin müdiri

  • SƏBA
  • Elanın qoyulma tarixi: 16.06.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya: Hüquq şöbəsinin müdiri

İş barədə məlumat

- Müəssisədə hüquq şöbəsinin fəaliyyətinin təşkili;
- Müəssisədə çalışan digər hüquqşünasların fəaliyyətinə nəzarət olunması;
- Müəssisə rəhbərliyi qarşısında hüquq şöbəsinin fəaliyyəti barədə hesabatların verilməsi;
- Müəssisənin dövlət orqanları, yerli və xarici hüquqi və fiziki şəxslər qarşısında hüquqi məsələlərlə əlaqədar təmsil olunması;
- Müəssisədə hazırlanan hüquqi xarakterli sənədlərə, müqavilələrə, əmrlərə və digər sənədlərə rəy verilməsi, qanunvericiliyə uyğunluğunun yoxlanılması və tələb olunduqda  bu sənədlərin hazırlanması;
- Müəssisəyə daxil olan yerli və xarici müqavilələrə, hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə, müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Müəssisənin məhkəmədə təmsil edilməsi, məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;
- Müəssisənin fəaliyyəti ilə əlaqədar dövlət orqanlarında təmsilçiliyin yerinə yetirilməsi.

Namizədə tələblər

- Ali hüquqi təhsil
- 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər qanunları, o cümlədən qanunvericilik aktları barədə mükəmməl bilgilər;
- Kompüter proqramlarında işləmə bacarığı;
- Azərbaycan, rus, ingilis dillərində yüksək səviyyədə ünsiyyət və yazışma bacarığı;

Xahiş edirik, elana əlavə olunmuş fayldaki sualları ( Saba.doc ) elektron variantında cavablandırın və zəhmət olmasa, mövzu yerinə elanın adını yazaraq, [email protected]  elektron ünvanına göndərin.