Əməliyyat Üzrə Mütəxəssis
İşçinin vəzifələri:
• Fiziki və hüquqi şəxslərin müraciətlərinə və qanunvericiliyə uyğun bütün növ hesablar açmaq, bu hesablar üzrə əməliyyatlar aparmaq və onları bağlamaq;
• Müştərilərin sərəncamlarına əsasən və ya qanunvericiliyə uyğun olaraq açılmış hesablar üzrə Bankın daxili qayda və prosedurları ilə müəyyən olunmuş əməliyyatları (mədaxil, məxaric, köçürmələr, konvertasiya və s.) həyata keçirmək;
• Müştərilərə bütün növ bank məhsul və xidmətlərinin satışını həyata keçirmək;
• Xidmət etdiyi müştərilərin hesabları üzrə nagdsız mübadilə əməliyyatlarının sənədlərini qəbul etmək, yoxlamaq və icra etmək;
• Depozit (əmanət) müqavilələrini tərtib etmək və həmin müqavilələr üzrə əməliyyatları (mədaxil, məxaric, faiz hesablanması, vergi tutulması və s.) həyata keçirmək;
• Pul köçürmə sistemlərilə (Western Union, Monex, Zolotaya Korona, Kontakt, Leader) əməliyyatları yerinə yetirmək;
• Kommunal ödənişləri (elektrik, qaz, su, telefon və s. haqqları) qəbul etmək və bununla əlaqədar digər müvafiq işləri həyata keçirmək;
• Qanunvericiliyə uyğun olaraq, bank sirrinin qorunması şərti ilə, xidmət etdiyi müştərilərin hesablarının qalıqları və hesabları üzrə əməliyyatlar barədə müvafiq orqanlara arayışlar hazırlamaq və departament direktorunun təsdiqi üçün təqdim etmək.
• Müştəri hesablar üzrə bütün növ nağdsız əməliyyatları aparmaq.
• Əmək və icra intizamına əməl etmək.
Vəzifəyə qəbul üçün tələblər:
Təhsil: İqtisadi və ya biznes təhsilinin olması
Bilik:
• Kompyuter bilikləri (ofis proqramları), Dil bilikləri (Azərbaycan, Rus, İngilis);
• Öz işi çərçivəsində qüvvədə olan bank qanunvericilik və normativ hüquqi aktlarin bilməsi.
Bacarıq:
• Kommunikabellik;
• Vahid komandada işləmək bacarığı;
• Müştərilərə yuksək səviyyədə peşəkər xidmət göstərmək bacarığı.
• Təcrübə: Bank sahəsində azı 1 il iş təcrübəsi.
Müraciət anketlərinizi [email protected] ünvanına göndərin.