Satınalma Mütəxəssisi

  • Dreamland Baku
  • Elanın qoyulma tarixi: 28.05.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Dreamland Golf  Project - Azərbaycanın lider sərmayəçisi “Azersun Holding” tərəfindən inşa edilən daşınmaz əmlak layihəsi.  Layihə çərçivəsində Beynəlxalq Qolf Meydançası və  Qolf Akademiyası,  Yaşayış massivləri,  Alış Veriş Mərkəzləri, Beynəlxalq Məktəb (“SABIS®SUN” İnternational School), və s. inşa olunmaqdadır. 

Dreamland  Golf   LLC  “Satınalma Mütəxəssisi  ”  vakansiyası  üzrə  aşağıdakı  xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır:

İş haqqında məlumat:

• Satınalmanın təşkili,  tədarükçülərlə əlaqəli işlərin idarə edilməsi;
• Yeni potensial Tədarükçülərin və Təchizatçıların araşdırılması;
• Bazar araşdırması və təchizatçılarla görüş;
• Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması;
• Alış sifarişlərini, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirmək;
• Təkliflərin toplanması prosesinin idarə olunması;
• Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;

Əsas tələblər:

• Mühəndislik və ya İqtisadiyyat sahələrində ali təhsil;
• Azərbaycan, Türk və ingilis dilini yaxşı səviyyədə bilməli; 
• İnşaat sektorunda təcrübəli olmalı, inşaat materiallarını yüksək səviyyədə tanımalı;
• İnşaat materialları bazarına yaxşı bələd olmalı;
• Komandada işləmək bacarığına sahib olmalı;
• Yüksək ünsiyyət və analitik düşünmə bacarığı;
• MS office proqramlarını əla səviyyədə bilməli;
• Kişi namizədlərə üstünlük veriləcəkdir;

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “ Satınalma Mütəxəssisi”  yazaraq [email protected]   ünvanına göndərmələri xahiş olunur.

Dreamland Baku tərəfindən digər vakansiyalar