Sistem administratoru

  • eManat
  • Elanın qoyulma tarixi: 11.05.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yaşı : 22-40 arası
Cinsi:  Kişi

Sistem administratoru

İşləyəcəyi yer: “Modenis” MMC şirkəti

İT Departamenti – Texniki şöbə

Sistem administratoru vəzifəsinə tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Ali təhsil
• Yüksək məntiqi-anaitik düşünmə bacarığı
• Sistem inzibatçılığı  sahəsində 2 ildən çox iş təcrübəsi
• UNIXLİNUX və Windows əməliyyat sistemlərinin(server) yüksək səviyyədə  inzibatçılığı
• Virtuallaşdırma(vmware vsphere, ms hyper-v) texnologiyası sahəsində yüksək təcrübəsi
• Proqram təminatı  və avadanlıqda nöqsanların aşkarlanması və aradan qaldırılması üzrə bacarığı
• Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq
• Məlumatların ehtiyata alınması və bərpası
• İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması  və prioritetlərin təyin  edilməsi
• Komandada işləmə bacarığı
• İngilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi)
• Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi

Vəzifə öhdəlikləri:

• İT sistemlərinin daimi olaraq monitorinqi
• Problemlərin aşkarlanması və analiz olunması
• Dəyişikliklər, proflaktik işlər və problemlərlə bağlı lazımı bütün işçi qruplarının məlumatlandırılması 
• Mövcud servislərin dəyanaqlılığını və təhlükəsizliyini təmin etmək
• Əməliyyat sistemlərinin və konfiqurasiya fayllarının mütəmadi ehtiyata alınması
• Bütün dəyişikliklərin sənədləşdirilməsi
• Xüsusi sistem icazələrinin verilməsi və qeydiyyatının aparılması

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
 
• CV  [email protected]  ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Sistem administratoru” qeyd olunmalıdır;

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən və yuxarıda qeyd olunan qaydalara riayət etməyən şəxslərin namizədliyinə baxılmayacaq.

İşəgötürənin reytinqi