Sinxron Tərcüməçi

İşin təsviri

Vision Tərcümə Mərkəzinə müxtəlif dillər üzrə sinxron tərcüməçilər tələb olunur.

2009 – cu ildən bəri fəaliyyət göstərən Vision Tərcümə Mərkəzi öz müştərilərinə müxtəlif sahələrə aid yazılı və sinxron tərcümə xidməti təklif edir. Bizim komandamızın əsas məqsədi 100% - lik keyfiyyət prinsipinə sadiq qalaraq işin vaxtında təhvil verilməsidir.

Əsas tələblər:

- Sinxron tərcümə üzrə azı 1 il iş təcrübəsi;
- Tərcümə etdiyi dilə aid təsdiqedici sənəd (diplom və s.) və ya sertifikat;
- Tərcümə etdiyi sahə üzrə terminologiyanın yüksək səviyyədə bilinməsi;
- Sərbəst qrafik ilə işləyə bilmək bacarığı;
- Yüksək səviyyədə nitq qabiliyyəti və şəxsi keyfiyyətlər.

İşin təsviri:

- Müxtəlif yerli və beynəlxalq layihələrdə sinxron tərcümələr edilməlidir. Tərcüməçilər yalnız layihə müddətində işə cəlb olunur. Maaş müxtəlif layihələrdən asılı olaraq razılaşma yolu ilə təyin olunur.

Yuxarıda qeyd olunan tələblərə cavab verən nazmizədlərdən öz CV-lərini [email protected] e-mail ünvanına tərcümə etdiyi dilləri və sahəni (iqtisadi, siyasi, tibbi və s.) dəqiq göstərmək şərti ilə mövzu yerinə Sinxron tərcüməçi yazaraq göndərmələri xahiş olunur.

Ünvan:  28 May m. Süleyman Rəhimov 116, “Qış Parkı”nın yanı
Telefon :  (012) 596 70 75
Mob:  (055) 750 51 52
Email: [email protected]
Sayt: www.tercume.az