Baş mühasib

İşin təsviri

Şirkət: “Ans Şirkətlər Qrupu”

Vəzifə : Baş mühasib

Maaş: 1000-1300

iş vaxtı I və V günlər 09.30-18.30, VI gün 09.30-17.30

•  Departamentin işini təşkil etmək;
•  Departamentin əməkdaşları arasında vəzifə bölgüsü aparmaq;
•  Şirkət tərəfındən həyata keçirilən bütün əməliyyatların mühasibat uçotu hesabatında düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini təmin etmək;
•  Mühasibat hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi.
•   Kassa əməliyyatlarının dogruluğunun yoxlanması və kassa kitabın yoxlanılması;
•   Kassadakı vəsaitlərin yoxlanılması;
•   Departamentinə aid olduğu müxabirləşmələri verifikasiya edilməsi;
•   Əmək haqqının ödənilmələrinə, dövlət büdcəsinə ödəmələrə, sosial sığorta haqqına və digər ehtiyat fondlara ödəmələri vaxtında tərtib və təmin etmək;
•  İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf edilməsinə nəzarət etmək;
•  İnzibati-təsərrüfat və digər xərclərin, debitor borcların, mühasibat balanslarından silinməsini təmin etmək;
•  Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsini təşkil və bu işə nəzarət etmək;
•  Şirkətin aylıq, rüblük, illik fəaliyyəti ilə bağlı vergi öhdəliklərinin hesablanmasını və elektron poçt vasitəsi ilə müvafıq vergi orqanına göndərilməsini təşkil etmək;
•  Şirkətin əsas vəsaitlərin uçotunun aparılmasını, onların balansa daxil edilməsini, köhnəlmənin hesablanması və yararsızların silinməsini təmin etmək;
•  Aylıq, rüblük, illik hesabatların işlənməsini və aidiyyəti üzrə müvafıq qurumlara göndərilməsini təmin etmək;

Tələblər:

•    Təhsil Ali (iqtisadi)
•    Vergi məcəlləsi, Əmək məcəlləsi, Mühasibat uçotu haqqında Qanun, Əmək haqqı ilə əlaqədar instruksiyalar, İFRS,
•    Kompyuter bilikləri, Azərbaycan, rus və İNGİLİS dilləri əla səviyyədə olmalıdır
•   3 il mühasibatlıq sahəsində iş təcrübəsi

Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir.

Başlıqda Baş mühasib qeyd olunmayan müraciətlər qəbul olunmayacaq.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

ANS Şirkətlər Qrupu tərəfindən digər vakansiyalar