Baş Direktor

  • VMF
  • Elanın qoyulma tarixi: 28.03.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında

VMF 1998-ci ilin sonunda Azərbaycanda ilk dəfə olaraq saat, qiymətli əşyalar və aksesuarlar biznesində öz fəaliyyətinə başladı. Onun İsveçrənin məşhur Longines saat şirkəti ilə uğurlu əməkdaşlığından sonra VMF SWATCH Qrupa daxil olan – Breguet, Glashütte Original, Omega, Rado, CK, Tissot, Swatch, Flik-Flak, kimi və həmçinin Swatch qrupa daxil olmayan  Raymond Weil, Versace, Salvatore Ferragamo,  Seiko, Casio, Caran d’Ache və Wenger kimi dünyanın tanınmış şirkətlərilə öz biznesini daha da genişləndirdi.

Vəzifənin adı: “VMF” Şirkətinin Baş Direktoru

İş təcrübəsi: Eyni vəzifədə ən az 3 il iş stajı

Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilməli

Ə/h: 2000 AZN + rüblük bonus

VƏZIFƏ FUNKSIYALARI

• Brand saatlar barədə anlayışlı olmaq;
• Şirkətin cari fəaliyyətinə rəhbərlik etmək;
• Şirkətin işini, habelə onun quruluş bölmələri və işçiləri arasında daimi və təsirli qarşılıqlı əlaqələri təşkil etmək;
• Şirkətin fəaliyyətinin cari və gələcək plan və proqramlarının tərtibatını təşkil etmək, onları Təsisçinin təsdiqinə təqdim etmək və Təsisçinin təsdiq etdiyi plan və proqramların yerinə yetirilməsini təmin etmək;
• Şirkətin Nizamnaməsinin tələblərinin, habelə Təsisçinin bütün qərarlarının şərtsiz yerinə yetirilməsini təmin etmək;
• Şirkətin fəaliyyətinin gəlirliyini təmin etmək;
• Müəyyən olunmuş müddətlərdə Təsisçiyə hesabatlar vermək;
• Şirkətin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək;
• Şirkətin Kommersiya sirrinin rejiminə riayət olunmasını, habelə müəyyən olunmuş qaydada və səlahiyyətlərinə uyğun olaraq kommersiya sirrinin mühafizəsi ilə bağlı olan tədbirlərin həyata keçirilməsini təmin etmək;
• Şirkətin tərəfindən vergi və ayrılmaların müəyyən olunmuş qaydada və müddətlərdə ödənilməsini təmin etmək;
• Vəzifəsi çərçivəsində Təsisçi tərəfindən ona tapşırılan digər vəzifələri yerinə yetirmək;
• Şirkətin Baş direktoru qüvvədə olan qanunvericiliyə müvafiq surətdə xidməti ezamiyyətlərə göndərilə bilər;
• Baş Direktor Şirkətin işçilərinin istehsal və əmək intizamına riayət edilməsini təmin etməlidir.

E-mail: [email protected]

İşəgötürənin reytinqi