Tikinti və təsərrüfat şöbəsində mühəndis

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 17.03.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

25 ildən artıq tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

- Bank üzrə bütün təmir və tikinti işlərinə nəzarət;
- İşlərin keyfiyyətinə nəzarət;
- Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
- Müqavilə, layihə və smeta sənədlərini tərtib etmək.

Namizədə qarşı tələblər:

- Təmir və tikinti sahəsində biliyin olması;
- Müvafiq sahədə iş təcrübəsinin 5 ildən artıq olması;
- Kompüter bacarıqlarının olması (Autocad, Ofis proqramları);
- Stress altında işləmək bacarığının olması;
- Paralel olaraq müxtəlif işləri görmək qabiliyyətinin olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 mart 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Tikinti və təsərrüfat şöbəsində mühəndis” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.