Mühasibatlıq departamenti, Hesabatlıq və maliyyə təhlili şöbəsinin rəisi

İşin təsviri

Vakansiya: Mühasibatlıq departamenti,  Hesabatlıq və maliyyə təhlili şöbəsinin rəisi

Əmək haqqı: bilik və təcrübəyə əsasən təyin olunacaq

İş barədə məlumat:

-  Mərkəzi Bankın hesabatların hazırlanması və təqdim olunması
-  Müvafiq  sənədlərin Mərkəzi Bankın normativ aktlarına  uyğun tərtib olunması
-  Analitik uçotla sintetik uçotu üzləşdirilməsi, ehtiyac olduqda ilkin sənədlər üzrə hesabatın  yoxlanılması
-  Bankın bütün struktur bölmələrindən və filiallardan statistik məlumatların toplanması
-  Maliyyə vəsaitlərinin uçotunun aparılması və maliyyə fəaliyyətinin nəticələri  barədə  hesabatların tərtib edilməsi

Namizədə tələblər:

-  Ali təhsil
-  3 il bank sistemində iş təcrübəsi
-  Komandada və fərdi işləmək qabiliyyəti
-  Tez və düzgün qərar vermək bacarığı
-  Analitik düşünmə qabiliyyəti
-  Azərbaycan və rus  dilləri üzrə mükəmməl biliklər, inglis dili bilənlərə üstünlük veriləcək
-  Microsoft Office proqramlarında işləmə qabiliyyəti

Göstərilən tələblərə cavab verən namizədlər şəkilli CV-lərini 30 Aprel, 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Mühasibatlıq departamenti,  Hesabatlıq və maliyyə təhlili şöbəsinin rəisi)  göstərməyiniz xahiş olunur.