Şirkət: “Ans Şirkətlər Qrupu”
Vəzifə : Baş mühasib
Maaş: 1000-1300
Iş vaxtı I və V günlər 09.30-18.30, VI gün 09.30-17.30
• Departamentin işini təşkil etmək;
• Departamentin əməkdaşları arasında vəzifə bölgüsü aparmaq;
• Şirkət tərəfındən həyata keçirilən bütün əməliyyatların mühasibat uçotu hesabatında düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini təmin etmək;
• Mühasibat hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi.
• Kassa əməliyyatlarının dogruluğunun yoxlanması və kassa kitabın yoxlanılması;
• Kassadakı vəsaitlərin yoxlanılması;
• Departamentinə aid olduğu müxabirləşmələri verifikasiya edilməsi;
• Əmək haqqının ödənilmələrinə, dövlət büdcəsinə ödəmələrə, sosial sığorta haqqına və digər ehtiyat fondlara ödəmələri vaxtında tərtib və təmin etmək;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf edilməsinə nəzarət etmək;
• İnzibati-təsərrüfat və digər xərclərin, debitor borcların, mühasibat balanslarından silinməsini təmin etmək;
• Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsini təşkil və bu işə nəzarət etmək;
• Şirkətin aylıq, rüblük, illik fəaliyyəti ilə bağlı vergi öhdəliklərinin hesablanmasını və elektron poçt vasitəsi ilə müvafıq vergi orqanına göndərilməsini təşkil etmək;
• Şirkətin əsas vəsaitlərin uçotunun aparılmasını, onların balansa daxil edilməsini, köhnəlmənin hesablanması və yararsızların silinməsini təmin etmək;
• Aylıq, rüblük, illik hesabatların işlənməsini və aidiyyəti üzrə müvafıq qurumlara göndərilməsini təmin etmək;
Tələblər:
• Təhsil Ali (iqtisadi)
• Vergi məcəlləsi, Əmək məcəlləsi, Mühasibat uçotu haqqında Qanun, Əmək haqqı ilə əlaqədar instruksiyalar, İFRS,
• Kompyuter bilikləri, Dil bilikləri (Azərbaycan-əla, Rus-əla, İngilis-yaxşı)
• 3 il mühasibatlıq sahəsində iş təcrübəsi
E-mail: [email protected]