Müxbir Əlaqələri və Hesablaşmaları şöbəsinə mütəxəssis və ya təcrübəçi

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 18.02.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Əməliyyat Departamentində Müxbir Əlaqələri və Hesablaşmaları şöbəsinə mütəxəssis və ya təcrübəçi vəzifəsinə işəqəbul elan dəvət edir.

İşin təsviri:

• Bankın əməkdaşlıq etdiyi sistemlərin gündəlik filiallar tərəfindən sistemə yığılmış məbləğlərinin kassa mədaxil olan məbləğlərlə yoxlanılması;
• Anyway (MilliÖN) sistemindən gündəlik yığımlar barədə hesabatlar əsasında akt tərtib edilməsi;
• Üzləşmə aktlarının yoxlanılması və fərq olduğu təqdirdə aradan qaldırılması;
• Golden pay sistemi üzrə kart vasitəsi ilə online aparılan əməliyyatlara nəzarətin aparılması;
• Milli valyutada olan ödənişləri AZİPS formatında yığılması;
• Yerli banklarla yazışmanın aparılması;
• Gündəlik milli valyutada olan ödənişlər haqqında Mərkəzi Banka hesabatın göndərilməsi.

Namizədə qarşı tələblər:

• Maliyyə təhlili bacarığının olması;
• Stres aldında işləmək bacarığına sahib olmaq;
• Ali iqtisadi təhsil;
• Sahə üzrə 1 il iş stajı;
• Microsoft Office (Word, Excel, Access, Power Point) proqramları ilə sərbəst işləmək;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük verilir;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
• Bəy namizədlərə üstünlük verilir;
• Ünsiyyət qurma, vaxtın idarəedilməsi, layihələrin idarəedilməsi kimi bacarıqların olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 fevral 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müxbir Əlaqələri və Hesablaşmaları şöbəsinə mütəxəssis və ya təcrübəçi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.