Hüquqşünas

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 05.02.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Problemli Kreditlərlə İş Departamentinin İcra şöbəsinə Hüquqşünas vəzifəsinə işəqəbul elan edir. (2 vakant yer)

İşin təsviri:

• Bankın rəhbərliyinin tapşırığına əsasən Bankın mənafeyini icra orqanlarında qorumaq və müdafiə etmək;
• Kredit siyasəti hazırlanarkən problemli kreditlərin yaranma ehtimallarının qarşısının alınması, borcların ləğv olunması üsul və yollarının tam əks olunması üzrə departament direktoruna təkliflər etmək;
• Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını icra orqanları tərəfindən vaxtında və qanunvericiliklə müəyyən olunmuş müddətlər ərzində tam icrasına nail olmaq və qərarların icrasına tam nəzarət etmək;
• İcra məmurları ilə daim əlaqə saxlamaq, borcların qaytarılması üçün tədbirlər görmək;
• Problemli kreditlər üzrə girov əmlakının satılması  yolları ilə bağlı təkliflər hazırlamaq və şöbə müdirinə, departament direktoruna təqdim etmək;
• Filial rəhbərləri və filialın kreditlər üzrə işləyən əməkdaşları ilə əlaqə saxlamaq, lazım gəldikdə müvafiq sənədlərin, məlumatların təqdim edilməsini tələb etmək;
• Qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə borcluların (fiziki və hüquqi şəxslərin) faktiki yaşayış yerlərinin, faktiki fəaliyyət yerlərinin, qeyd olunan borclulara məxsus olan əmlakların,  və bank hesablarının aşkar edilməsi ilə bağlı qanunvericilikdə qadağan edilməmiş bütün tədbirlərin görülməsi;
• Qanunvericiliklə müəyyən olunmuşqaydada məhkəmə qərarlarının icrasını təmin etmək məqsədi ilə məhkəmələrə və icra orqanlarına ərizə ilə müraciət etmək;
• Aşkara çıxarılan bütün nöqsanlar haqqında departament direktoruna məlumat vermək.

Namizədə qarşı tələblər:

• Ali hüquqi təhsil;
• Azərbaycan və rus dilini yaxşı səviyyədə bilməli;
• Müvafiq sahədə 1,5-2 ildən artıq iş təcrübəsi olmalı;
• İcra haqqında qanunu bilməli;
• Stres altında işləməyi bacarmalı;
• İcra məmurları ilə işləmə bacarığı olmalı;
• Analitik təhlil qabiliyyətinə malik olmalı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Əla ünsiyyət bacarığı, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 fevral 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Hüquqşunas) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.