Pərakəndə bankçılıq departamentinin direktoru

  • Bank Avrasiya
  • Elanın qoyulma tarixi: 05.02.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Bank Avrasiya” ASC

Vəzifə: Pərakəndə bankçılıq departamentinin direktoru

Namizədlər üçün irəli sürülən tələblər:

Ali iqtisadi və ya biznes üzrə təhsil
Ən azı 5 il pərakəndə müştərilərə xidmət sahəsində bank təcrübəsi
Xarici dil bilikləri
MS Office proqramlarının bilikləri
Satış qabilliyətinə malik olma
Analitik qabiliyyət
Yaradıcılıq bacarığı
Ünsiyyətqurma və komandada işləmək bacarığı

İşin təsviri:

• Bankın pərakəndə biznes üzrə strategiyasını, siyasət və qaydalarını, onlara əlavə və dəyişikliklərin layihələrini hazırlamaq;
• davamlı olaraq pərakəndə bazarı araşdırmaq, yeni pərakəndə bank məhsulları yaratmaq və daim təkmilləşdirmək;
• Bankın mövcud məhsul və xidmətlərinin inkişaf etdirilməsi üçün mövcud məlumat bazalarından məqsədyönlü istifadə etmək və təkliflər hazırlamaq;
• Bankın mövcud məhsulları əsasında çarpaz satış (cross-selling) və üst satış (up-selling) imkanları verən xüsusi məhsul və xidmətləri hazırlamaq;
• məhsullarının satışının artırılması istiqamətində, o cümlədən mövcud satış kanallarının inkişafı və yeni satış kanallarının yaradılması ilə bağlı təkliflər hazırlamaq;
• pərakəndə məhsulların satışının effektivliyinə nəzarət etmək;
• pərakəndə bank məhsul və xidmətlərinin satışının artırılması istiqamətində  Banka yeni partnyorlar cəlb olunması üçün tədbirlər görmək;
• ATM, POS-terminal və digər terminalların yerləşdirilməsi üzrə təkliflərini vermək;
• Çağırış Mərkəzini yaratmaq, inkişaf etdirmək;
• Bankın bütün məhsul və xidmətlərinin təşviqat materiallarının potensial müştərilər arasında yayılmasını təşkil etmək;
• pərəkəndə biznesin inkişafına kömək edən digər bütün işləri görmək;
• departamentin işini planlaşdırmaq və təşkil etmək;
• bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlamaq.

CV – ləri  [email protected] elektron poçtuna göndərə bilərsiniz.