Biznesin inkişafı departamentinin direktoru

  • Bank Avrasiya
  • Elanın qoyulma tarixi: 05.02.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Bank Avrasiya” ASC

Vəzifə: Biznesin inkişafı departamentinin direktoru

Namizədlər üçün irəli sürülən tələblər:

Ali iqtisadi və ya biznes üzrə təhsil
Ən azı 5 il strateji planlaşma və ya biznes proseslərin idarə edilməsi sahəsində bank təcrübəsi
Xarici dil bilikləri
MS Office proqramlarının bilikləri
Strateji düşünmə və analitik təhlil bacarığı
Satış qabilliyətinə malik olma
Yaradıcılıq bacarığı
Ünsiyyətqurma və komandada işləmək bacarığı

İşin təsviri:

• reklam və təşviqat üzrə siyasətini, ona əlavə və dəyişikliklərin layihələri hazırlamaq;
• illik hesabatının hazırlanmasını təşkil etmək;
• Bankın İnternet səhifələrində məlumatların yeniləşməsini təşkil etmək;
• Bankın müsbət imicinin formalaşması və onun daim yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərmək;
• marketinq və sosial layihələrini təşkil etmək;
• Bankın fəaliyyət göstərdiyi makro və mikro mühiti daim təhlil etmək və hesabat hazırlanmaq;
• SWOT təhlilini aparmaq;
• strateji hədəflərinin yerinə yetirilməsinin təmin olunması üçün əməliyyat planlarını hazırlanmaq;
• strateji, əməliyyat və maliyyə planlarının uzlaşmasını həyata keçirmək;
• beynəlxalq əlaqələrini qurmaq və idarə etmək;
• davamlı sürətdə bankdaxili proseslərin təhlilini təşkil etmək, onların səmərəliliyinin artırılması üçün tədbirlər görmək;
• bankdaxili prosedur və təlimatların, habelə digər bütün növ normativ xarakterli sənədlərin hazırlanmasını və təkmilləşdirilməsini əlaqələndirmək;
• proseslərin və bankdaxili Təlimat Kitabının tətbiqi ilə əlaqədar xronometrajlar təşkil etmək;
• hər bir struktur bölməsi üzrə iş yüklərinin və normalarının hazırlanması və yeniləşdirilməsini təşkil etmək;
• departamentin işini planlaşdırmaq və təşkil etmək.

CV – ləri  [email protected] elektron poçtuna göndərə bilərsiniz.